Binəqədinin icra başçısının rəsmi saytında gülünc mənzərə – FOTO
Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytında maraqlı mənzərə ortaya çıxıb.
Minval.info-ya istinadən xəbər veririk ki, 6 saylı Poçt Filialının 54 nömrəli poçt şöbəsi ilə əlaqə saxlamaq istəyən rayon sakini gülüş doğuran hadisə ilə qarşılaşıb.
Belə ki, ərazi üzrə verilən internetdən imtina etmək üçün "Azərpoçt”un telefon nömrələrini öyrənmək istəyən M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan şəxs icra hakimiyyətinin rəsmi saytına daxil olub. Lakin orada qeyd olunan iki nömrə onun zənglərinə cavab verməyib.
Digər göstərilən nömrədən isə rayon sakininə bildirilib ki, həmin ünvan yaşayış evidir və poçt şöbəsi ilə əlaqəsi yoxdur.
Mövzu ilə Binəqədi RİH-dən münasibət öyrənməyə çalışsaq da cəhdlərimi boşa çıxıb. Hərçənd qurumun əlaqə nömrələrinin zənglərə cavab vermədiyini bilsək də, bəxtimizi sınamaq istədik.
Qeyd edək ki, bundan öncə də icra hakimiyyətindən başqa mövzularla bağlı açıqlama əldə etmək mümkün olmayıb.
Xatırladaq ki, rayonun sabiq rəhbəri Xaləddin İsgəndərovun dövründə daim belə hallar yaşanıb. Yalnız keçmiş başçının əl telefonuna zəng vurmaqla hansısa hadisə barədə məlumat öyrənmək mümkün idi. Görünür, qurumun yeni rəəhbəri adət-ənənəni pozmamaq qərarına gəlib.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?