Bakıdakı 18 saylı məktəbdə sərgi fırıldağı- 7-8 min manat yığılır
Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi 6/10 ünvanında yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru yeni bir üsula əl atıb.
Belə ki, artıq neçənci dəfədir ki, Rəna Süleymanova məktəbin yuxarı sinf şagirdlərinə evlərində müxtəlif şirniyyatlar bişirib məktəbə gətirmələrini tapşırır. Gətirilən şirniyyatlar isə məktəb daxilində sərgi təşkil edilərək, yenə də məktəbin şagirdlərinə pulla satılır. Məlumata görə, Rəna Süleymanova denən də (16 fevralda-red.) belə bir bazar təşkil edib.
Qeyd edək ki, bu məktəbdə iki minə yaxın uşaq təhsil alır. Dirkektorun tapşırığı ilə sinif rəhbərləri şagirdlərə keçiriləcək aksiyada satılan şirniyyatları almaq üçün hər uşağın 4 AZN gətirməsini tapşırıb. Nəticədə şagirdlərdən yığılan pulun miqdarı 7-8 min manat edir.
Marqlısı budur ki, bu yığılan vəsaiti Rəna Süleymanova guya kiməsə və yaxud da kimlərəsə kömək etmək üçün toplayır. Lakin, bu barədə nə şagirdlərə, nə valideynlərə dəqiq açıqlama verilmir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
veteninfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?