SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazir vətəndaşların problemlərini dinləyəcək

Nazir vətəndaşların problemlərini dinləyəcək

Tarix:

29-08-2018, 14:57

/ 1 611 dəfə oxundu.
Nazir vətəndaşların problemlərini dinləyəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 31 avqust 2018-ci il tarixində saat 12:00-da Naftalan şəhərində Naftalan, Gəncə şəhərlərinin, Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, eləcə də, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək. Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Naftalan şəhərində 02235 22106

Gəncə şəhərində 02225 71617

Göygöl rayonunda 02220 55013

Samux rayonunda 02227 51199

Goranboy rayonunda 02224 52106

Daşkəsən rayonunda 02221 53020

Kəlbəcər rayonu üzrə 02226 75099

Xocalı rayonu üzrə 02235 21698

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Şərhlər

XƏBƏR LENTİ