SERBİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ MƏRKƏZİ ELMİ KİTABXANAYA KİTAB HƏDİYYƏ EDİB
Serbiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Neboysha Rodich AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.
Səfir MEK-in Sərgi salonu ilə, burada 20 Yanvara həsr olunmuş sərgi ilə tanışlıqdan sonra Akademiklər zalında diplomatik korpuslar üçün ayrılmış guşəyə baş çəkib. Səfir Serbiya üçün ayrılmış guşədə yerləşdirilmiş kitablarla tanış olub.
MEK-in direktoru Leyla İmanova Serbiya səfiri Neboysha Rodichi kitabxanada görməkdən məmnun olduğunu ifadə edib. O, birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Direktor, səfiri kitabxana ilə yaxından tanış edib və kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verib.
Səfir Neboysha Rodich Serbiya Respublikası üçün ayrılmış bölməyə görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib. Səfir Serbiyaya dair bir neçə kitabı direktor Leyla İmanovaya təqdim edib. Səfir bildirib ki, Serbiya Səfirliyi hər zaman Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq etməyə hazırdır.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək