“Azercell” də gün- gündən yeniləşən maxinasiya və ya insanları təhqir edən şəbəkə
Bu günlərdə Savash.org-da Azercell abunəçiləri tərəfindən daxil olan şikayətlər əsasında bu mobil operatorun cürbəcür üsullarla dələduzluq edərək istifadəçilərin cibinə girdiyi qeyd edilən yazı getmişdi. Yazının dərcindən dərhal sonra redaksiyamıza narazı abunəçilər tərəfindən yeni şikayətlər daxil olmuşdur. Həmin narazılıqları olduğu kimi oxucuların nəzərinə çatdırırıq:
“ Bütün günü telefon zınqıldayır, gələn mesajı oxumaq üçün düyməni basıram qarşıma belə bir mətn çıxır: "Əməliyat uğurla başa çatdı, hər ay 10 qəpik ödəməlisiniz". Super dərəbəylikdir, kimə şikayət edək ?”
Başqa abunəçilərin şikayətlərindən misallara nəzər salaq:
“ Bu bir maxinasiya deyil insanlari təhqir edən bir şəbəkədi.Men ozum bir ilden coxdu her ay xeyli artıq pulun hesabımdan silinməsinin şahidiyem.Her ay pul silinəndə ''Azersel'' xidmətinə yıgdıqlarını dərmanlara xərcləməyə qismet elesin deyərək alqış edib sakitleşirəm. ALLAH BELASINI VERSIN XALQIN CIBINE GIRENLERIN!!! AMIN!!!”
“ Azercell - də şəbəkə daxili limitsiz danışıq qabaq 25 qəpik idi, artıq hər gun 40 qəpik çıxır”.
“ Azercell başlayıb maxinasiyalara, fırıldaqlara. Dələduzluqlarını saymaqla bitən deyil, insanlar cana yığılıb. Bunlara yaxşıca dabro verilib, deyəsən”.
Qeyd edək ki, anoloji narazılıqlarla gələn şikayətlər kifayət qədərdir. Hələlik bir neçəsini diqqətinizə çatdırmaqla kifayətlənirik.
Redaksiyamıza daxil olan şikayətlərin çoxluğunu və rəngarəngliyini nəzərə alaraq mövzunu davam etdirəcəyik.
Bu problemin təkcə sözügedən şikayətçilərə deyil, Azərcellin çoxsaylı abunəçilərinə aidiyyatı olduğunu nəzərə alaraq onu ictimailəşdirməyi məqsədə müvafiq hesab edirik. Növbəti addım bununla bağlı geniş müzakirənin təşkili ola bilər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?