SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » BALABABANIN OYUNLARI VƏ ODUNLARI -VİDEO

BALABABANIN OYUNLARI VƏ ODUNLARI -VİDEO

Tarix:

25-08-2018, 11:38

/ 1 821 dəfə oxundu.
BALABABANIN OYUNLARI VƏ ODUNLARI -VİDEO

Söndür işığın,kəs qazı,dözmək bizə addır,
Vur başna qapaz,çək dara,bezmək bizə yaddır.
Ləzzət eləyər min acı söz,gör necə daddır,
Heç incimərik,lap dadı ağzında qalan var.
Min fitnə-fəsad,min cürə fel,dildə yalan var,
Çox dalda qalıbsan,hələ yat,layla çalan var.

Meyxanaya qulaq asa-asa ofisdə qurdalanırdım. Əslində iş çox idi. Amma son günlər işıqlar daim oynadığından kompyuterimə nəsə olmuşdu. Yazı yazdığın yerdə ürəyi gedirdi. İlin-günün bu vaxtı yenə bir ətək pul töküb düzəltdirməli idim.

Norveçdə, yaxud başqa Avropa dövlətində belə şey olsa çoxdan elektrik verən şirkəti məhkəməyə verib canını almışdı jurnalist. Bizdə isə yox, bunu təsəvvür etmək mümkün deyil. Uzabaşı deyərlər ki, gərginlik artıb-azalırsa tənzimləyici cihaz qoymalı idin. Yəni özünü səhv çıxararlar.

Kimsmsə fərqində deyil ki, illərlə ölkədəki elektrik şəbəkəsinə ayrılan milyardlar sanki dibsiz quyaya gedir. Sənədlərdə hər şey təzələnir, hər şey dəyişdirilir, real olaraq pul silinir və kiminsə cibinə gedir.

Nə isə, bu qanqaraldıcı fikirlərlə ofisdən çıxacaqdım ki, zəng gəldi. Nömrəni tanımadım. Açdım

-Alo, Baba müəllimin bağındandı. Bu gün adam göndərin gəlib qalan 3 maşın odunu doğrasın. Hər birinin 30 sm-dən.



Düzü maraq gəldi. Görən kimin bağıdı, Bakıda odun nəyə lazımdı. Fikirləşdim bəlkə gedim. Həm ayırd edərəm kimin bağıdı, həm də odun doğramaq nədir ki, kənd uşağı üçün, pul qazanaram.

Ünvanı soruşub yazdım və işçilərimizdən biri ilə odunçu kimi bağa yollandıq.

Bakı ətrafındakı ən bahalı qəsəbələrin birində, ən dəbdəbəli villanın qarşısında idik. Küçədə olan yerli sakinlərdən öyrəndik ki, villa BaBA Rzayevin imiş. Əsil adı Balababa olan “Azərişıq”ın rəisi. O kəs ki, komyuterimin “rəhmətə getməsinə” görə birbaşa məsuliyyət daşıyırdı.

Qapını döyüb içəri keçdik. Gözümüz böyüdü. Adi dövlət məmurunun bağına yox hansısa milyarderin bağ evini xatırladırdı. Möhtəşəm sütunlu villalar, bahalı ağaclar, bağ-bağat- işıq sisteminə dövlətin ayırdığı maliyyə burda xortlamışdı.

Ancaq bu cah-cəlalda odun nəyə lazım idi, axı harada işıq olmasa da Balabanın belə problemi olmamalı idi.

Nəhayət odun yığılan yerə çatdıq. Sən demə Balababa müəllimin kamini varmış. Soyuq havada kaminin qarşısında təbii odunun istisində xumarlanmaq onun sevimli peşəsi imiş. Gəldik əsas məsələyə- odun doğramaq haqqına. Məlum oldu ki, odunu hansısa idarənin fəhlələrinə pulsuz doğratdırırlar. Bəlkə də dövlət hesabına. Pul vermək fikirləri yox idi. Bizim isə nömrəni səhvən yığmışdılar.

Balababaya pulsuz odun doğramaq fikrimiz olmadığından bağı tərk etdik.

Maşına oturub yenə meyxananı qoşdum ..

Aslanları ac,tülkülərin tox gəzəcəkdir,
Min hiylə ilən gör nə qədər baş əzəcəkdir.
Vardırsa hünər,kim dinə,boynun üzəcəkdir,
Çox dadi-bidad eyləməyin,bərkə salan var.
Min fitnə-fəsad,min cürə fel,dildə yalan var,
Çox dalda qalıbsan,hələ yat,layla çalan var.
***
Şərm eyləməsə gər baxıb ətrafa xəbislər,
Sultani-tiran olmağa cəhd etsə hərislər,
Yoxdursa əgər niyyəti saf,qəlbi təmizlər,
Bundan da betər cövri-cəfa,ahu-nalan var
Min fitnə-fəsad,min cürə fel,dildə yalan var,
Çox dalda qalıbsan,hələ yat,layla çalan var.

DERYAZ.AZ

Şərhlər

XƏBƏR LENTİ