SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıtda direktor yas mərasiminə görə məcburi pul yığdırır... - İDDİA

Sumqayıtda direktor yas mərasiminə görə məcburi pul yığdırır... - İDDİA

Tarix:

21-08-2018, 13:00

/ 1 663 dəfə oxundu.
Sumqayıtda direktor yas mərasiminə görə məcburi pul yığdırır... - İDDİA

Sumqayıt təhsilində biabırçılıq davam etməsi ilə yanaşı aidiyyatı qurumlar məsələnin təqzib etməklə kifayətlənməkdədir. bir müddətdir durmadan elektron ünvanımıza edilən müraciətlər artıq dözülməz həddə çatıb. Təhsil müəsisələri tətilə buraxılmasına baxmayaraq Sumqayıt təhsil acaqlarının bəzilərində qanunsuz əmələrin varlığından redaksiyamıza müraciətlər edilməkdədir. Buna misal olaraq rayonda baş verən 7 saylı orta məktəbdə qanusnuz pul yığılması ilə bağlı verilən məlumatlarda yer almaqda idi bununla bağlı məlumatları dəqiqləşdirmələr yekunlaşdıqdan sonra ictimailəşdirəcəyik. Bu tip qanunsuzluqlar məktəblərin bağlı olduğu vaxtda cərəyan etməsi aidiyyatı qurumlarıda təcübləndirir. Çünki məktəblərin baqlı olması gərəkən vaxtlarda məktəb biznes mərkıızi kimi hər gün girib çıxanların sayı bəli olmadığından buna hansı adı vermək olacaqına belə mat qalmışıq.
Digər məlumat isə Sumqayıt şəhəri 23 saylı tam orta məktəb 1973-cü ildən fəaliyyət göstərməkdədir. Bu illər ərzində görünməmiş bir olayla bağlı bizə müraciət edən vətəndaş artıq hədə-qorxu yolu ilə məktəbə aidiyyatı olmayan məsələlərə görədə pul yığıldığını qeyd edib. Google axtarış portalında Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin fotosunu axtarış verərkən çox qəribədə olsa qanunsuz olduğu halda məktəbin binasına bitişik avtomobilin dayanması ilə görünüşə görünüş qatan fotoya rast gəldik. Həmin fotoda park edilmiş avtomobilində məhz məktəb rəhbərinə məxsus olduğu iddia edilməkdədir. Hal hazırda əldə etdiyimiz məlumata görə 23 saylı məktəbdə direktor olmadığından onu müvvəqəti əvəz edən Yunisova Reyhan Şahverən qızıdır. Amma Sumqayıt təhsilində artıq tendensiya halını alan müqavilə əsasında əvvəz etmə məsələsi geniş füsət almışdır. Apardığımız müşahidələrə görə Sumqayıtın əksər məktəblərində Nazirlik tərəfindən rəsmi təyin edilən direktor yox, məhz əvəzedicilər hegemonluq sərgiləməkdədir. Buda təhsildə bəzi neqativ haların artmasına gətirib çıxarmaqdadır - desək yanılmarıq yəqin. Sumqayıt şəhərində məktəblərdə əvəzedici olaraq təyin edilməsi, şəxslərin İcra Hakimiyyətində səlahiyyətli şəxslə görüş keçirdikdən və "şirinlik" verdikdən sonra mümkünsüz olan təyinat mümkün ola bilir. Nədəndirsə Direktor kimi fəaliyyət göstərməsi mümkün olmayanlar bu posta ticarət obyekti kimi yanaşaraq həmin posta gəlmək üçün dəridən qabıqdan çıxmaqdadırlar.

Ünvanlanan müraciəti olduğu kimi sizlərə təqdim edirik:

"Nəzərinizə çatdırım ki, Sumqayıt şəhər 23 saylı orta məktəbin direktoru Reyhan Yunisova rüşvətlə direktor təyin olunduğu üçün məktəbin kollektivindən müxtəlif yollarla pul qazanmağa çalışır. Buna misal olaraq deyə bilərik ki,bu yaxınlarda vəfat edən atasının 3-7 mərasimi üçün adambaşına 30 manat və valideynlərdən isə 10 manat məbləğində pul yığılıb. Bu təklifə etiraz edənlərə isə hədə-qorxu gəlməklə bildirilib ki, sentyabrda dərs verilməyəcək,pul verməyən valideynlərin isə uşaqları məktəbdən qovulacaq. Xahiş edirik ki,bu qanunsuzluğu Təhsil Nazirliyinin nəzərinə çatdırasınız.
23 saylı məktəbin bir qrup valideynləri adından: Məmmədova Aynur"

Mövzu diqqətimizdədir.

Yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ