Bakıda daha bir avtobus dayanacağı zəbt edildi (FOTOLAR)
Bakıda daha bir avtobus dayanacağı zəbt edilib.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Trend-ə bildirib ki, zəbt edilərək yerində obyekt tikilən daha bir dayanacaq məntəqəsi Binəqədi şosesində, daha dəqiq, Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığında yerləşir:
"2017-ci ilin sonlarına qədər burada dayanacaq məntəqəsi mövcud idi, lakin günün birində ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər ordan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar".
Onun sözlərinə görə, artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər ki, bu da onsuz da təhlükəli olan vəziyyəti daha da ağırlaşdırır.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?