Bakıda manyak peyda olub - Sərnişinləri ölümlə hədələyir
Bakıda sərxoş şəxsin mütəmadi olaraq marşrut avtobuslarında sərnişinləri hədələməsi barədə məlumat yayılıb.
“Xaliq Faiqoğlu” şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb.
Belə ki, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına günün müxtəlif saatlarında gələn həmin şəxs içkili vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək avtobusların qarşısını kəsir və onların hərəkətinə maneə yaradır. Həmçinin “avtobus manyakı” sürücüləri və sərnişinləri ölümlə hədələyir, rəsmi təyin edilmiş dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan vermir. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olub.
Açıq-aşkar formada sürücülərə və avtobusun məxsus olduğu şirkətin əməkdaşlarina nalayiq ifadələr işlədən həmin şəxs vətəndaşları ölümlə hədələyir. Ərazidə yaşayan insanlar həmin şəxsin adının Nəbi olduğunu bildiriblər.
İstismarçı şirkət tərəfindən həmin şəxslə bağlı aidiyyatı orqanlara müraciət edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?