Bakının bu yerlərində qaz olmayacaq
Avqustun 16-da Bakı şəhərinin Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən bildiriblər.
Məlumatda deyilir ki, avtomobil yolunun tikintisi sahəsinə düşən yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul "30-cu sahə Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 294 metr hissəsinin və diametri 325 mm-lik, "30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 125 metr hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə bağlı texniki səbəblərdən qaz təchizatının dayandırılmasının 14.08.2018-ci il tarixindən 16.08.2018-ci il tarixinə keçirilməsi zəruriyyəti ilə əlaqədar, 16 avqust 2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək Bakı şəhəri Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?