SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vətəndaş dələduzluğun qurbanı ola bilər... - GİLEY

Vətəndaş dələduzluğun qurbanı ola bilər... - GİLEY

Tarix:

13-08-2018, 09:12

/ 1 464 dəfə oxundu.
Vətəndaş dələduzluğun qurbanı ola bilər... - GİLEY

Xətai rayonu, NXZ qəsəb, İlham Məmmədov küç.26 ünvanda yaşayan , Ağsu rayonun kalva kəndində qeydiyyatda olan Ağalıyev Ceyhun Şamil oğlu Prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də xalqxeber.az-a göndərilən müraciəti olduğu kimi təqdim edirik:

"Bəylər Ələkbərov tərəfindən qızı Fəridə Ələkbərovanın adına olan və mənə satılan MERCEDES S 320 markalı avtomobilin yenidən dələduzluq yoluilə əlimizdən alıb başqasına satmağının qarşısının alınması barədə

Ş İ K A Y Ə T

Mən, Ceyhun Ağalıyev SOCAR da fəhlə işləyirəm , YAP-ın üzvüyəm. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94, məh, ev 4, mən 19 ( SuTikinti Xəstəxanasının yanı) ünvanda yaşayan Ələkbərov Bəylər qızının adına olan MERCEDES S 320 markalı, 99 KT 323 nömrə nişanlı avtomobilini nasaz vəziyyətdə 2017-ci ilin 22 sentyabrında baş etibarnamə əsasında 4500 AZN nağd pula 4 nəfər şahidin( Abdullayev Tofiq Azər oğlu, Malıyev mehi, Ələkbərov Rəmiş və Ağalıyev şahin) iştirakıilə baş etibarnamə ilə mənə satmışdır.(Nədənsə birbaşa alqı-satqıya razı olmadı) Əlavə olaraq avtomobilin üzərində olan 170 manat cərimə pulunu da ödəmişəm. Avtomobili alan zaman ACCSEC bankın “Xalqlar” filialından 1800AZN kredit götürmüşdüm.Və həmin avtomobil də bir əmlak olaraq bankın siyahısına daxil edilmişdir. Avtomobili idarə etdiyim zaman bütün lazım olan ehtiyat hissələrini dəyişdirib normal vəziyyətə salmışdım.( 5000 manata)

Budur, avtomobili satan Bəylər bu yaxınlarda avtomobilimi küçədə normal vəziyyətdə gördükdən sonra gedib notarial qaydada qızının adına olan baş etibarnaməni 17.07.2018-ci ildə ləğv etdirmişdir. Və məndən də tələb edir ki, guya nə vaxtsa bu avtomobillə Bərdə rayonunda hadisə törədibmiş, ona görə də mən gətirib təcili avtomobili onun həyətinə qoymalıyam. Sonrası barədə də qeyd edir ki, guya hansısa istintaq yekunlaşanda avtomobili qaytaracaqmış. Bəylərin bu nağılı sadəcə dələduzluğun yeni formasıdır. O uydurduğu nağılla avtomobili əlimizdən alıb baha qiymətə kiməsə satmağı planlaşdırır. ( bazar qiyməti 13-15000 AZN olduğuna görə)

Xahiş edirəm Bəylər Ələkbərovun dələduzluğunun qarşısının vaxtında alınması və pulunu ödəyib aldığım avtomobilin mənim adıma sənədləşməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz".

İdia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Şərhlər

XƏBƏR LENTİ