Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsi işdən azad edildi — SƏBƏB
Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsi rüşvət aldıqlarına görə işdən azad olunublar.
“Ölkə.Az”ın məlumatına görə, iyul ayında Tovuz Gömrük Idarəsinin sərnişin şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Eldar Əhmədov və həmin şöbənin baş inspektoru Əmrulla Əmiraslanov Sınıq körpü gömrük postunda xidmətdə olarkən Azərbaycan Respublikasi ərazisinə müvəqqəti gətirilən nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş depozitdən yayındırmaq məqsədi ilə avtomasını idarə edən şəxsdən 20 min rubl rüşvət alıblar.
Bu fakt əsasında Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Idarəsində xidməti araşdırma aparılmış, araşdırma nəticəsində Eldar Əhmədov və Əmrulla Əmiraslanov törətdikləri cinayət əməlini etiraf etmişlər. Buna görə onların gömrük orqanlarında xidmətinə xitam verilmiş və toplanmış materiallar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Faktla bağlı aidiyyatı üzrə araşdırmalar davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək