SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ağciyər Xəstəlikləri İnstitutunun qovulan işçilərinin şok siyahısı - İddialar...

Ağciyər Xəstəlikləri İnstitutunun qovulan işçilərinin şok siyahısı - İddialar...

Tarix:

31-07-2018, 23:31

/ 2 858 dəfə oxundu.
Ağciyər Xəstəlikləri İnstitutunun qovulan işçilərinin şok siyahısı - İddialar...

“Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun” direktoru Həqiqət Qədirova barəsində senasion ittihamlar var.

Direktor Qərbi Azərbaycan bölgəsindən olaniş stajı kifayət qədər yüksəkhəkimlərə qarşı təzyiqə başlayıb.

Onlardan biri tibb elmləri namizədi həkim Səbinə Məmmədovadır. Onun səlahiyyətli nümayəndəsi, ictimai vəkil Samir Zeynalov mediaya açıq məktub ünvanlayıb.

O, aşağıda adları çəkilən həkimləri tutduqları vəzifələrindən şərlənməklə azad edib:

1.Səbinə Məmmədova; tibb elmləri namizədi, şöbə müdiri.

2.Ruhiyyyə Səfərova; Anestezioloq-reanimatoloq.

3.Vüqar Behbudov; həkim-cərrah (Cəmi 1 ay işləyə bilib),

4.Kamal Əliyev; tibb elmləri doktoru. Vərəm cərrahiyyəsi üzrə yeganə aparıcı cərrah, şöbənin elmi rəhbəri.

5.Vüqar Səfərov; Anestezioloq- reanimatoloq, şöbə müdiri.

6.Elşən Həsənov; anestezioloq-reanimatoloq

Həqiqət Qədirova institutun daha bir neçə uzunmüddətli staj-təcrübəyə malik əməkdaşını da hazırda potensial hədəfə alıb:

1.Arif Qurbanov – həkim rentgenoloq.

2.Xatirə Əliyeva – USM həkimi.

3. Aygün Alxasova; tibb elmləri namizədi, laboratoriya şöbəsinin müdiri.

Potensial qurbana çevirilmiş adları yuxarıda keçən şəxslər məhz Həqiqət Qədirovanın dözülməz fəaliyyətinə sivil qaydada etiraz etdikləri üçün töhmət alıblar.

Vəkil bu faktlardan əlavə yeni məqamlar açıqlayıb.

Onun sözlərinə görə, Ağciyər xəstəlikləri institunda yaratdığı sərt və dözülməz ab-hava ilə birmənalı olaraq qeyd etmək olar ki, xəstələrlə bərabər həkimlər də həm mənəvi, həm də fiziki cəhətdən vərəm xəstəliyinə yoluxublar.

Belə ki, institutda baş verən nizamsızlıqlar az olmamış kimi antisanitariya, vərəmli xəstələrlə sağlam insanların eyni ortamda müayinə olunması vərəmə yoluxma risklərini artırıb.

Əldə edilən məlumata görə praktikaya gələn 5 rezident həkim mövcud mühafizə edilməmiş, anti-sanitar normalara cavab verməyən şəraitdən dolayı vərəmə yoluxub.Vəziyyətin son dərəcə acınacaqlı və həyəcan təbili çalması bütün çılpaqlığı ilə ortadadır.

H. Qədirova ixtisasca mikrobioloq olmasına, tutduğu neqativ əməllərindən dolayı SPİD mərkəzindən uzaqlaşdırılmasına baxmayaraq Ağ Ciyər Xəstəlikləri İnstitutuna direktor təyin olunub.

Onun gənc mütəxəsislərə qarşı xüsusi antipatiyasının olması məlumdur. Odur ki, özünə yaxın bildiyi nazirliyin sertifikasiyasından keçməyən yaşlı həkimlərlə işləməyə üstünlük verir.

Önəmli və qeyri-təbii olmayan durumlardan biri də budur ki, Həqiqət Qədirova ilə əlbir olan mənfur düşüncəli şəxslər var. Onlar kimlərdirlər:

1.Firidun Məcidov-, 68 yaşı var, sertifikasiyadan keçməyib, həkim işləməyə ixtiyarı yoxdur.

2.Faiq Ağayev ixtisasca bronxoloqdur, kecmish direktordur. Özü xəstəlik tarixini həyati boyu yazmayib, klinisist deyil,amma tam qanunsuz olaraq xəstəlik tarixlərini araşdırır, həkimləri incidir.

“Mövcud reallığa dair bu qədər mərhəmətsiz, haqsız, qeyri-mənəvi idraka sahib bir şəxsin Səhiyyə sahəsində ən mühüm postlardan birində vəzifə tutması faktı ümummilli xalq maraqlarımıza və dövlətimizin inkişaftutumlu səhiyyə siyasətinin çoxşaxəli tətbiqininə qarşı dövlət təhlükəsizliyi səviyyəsində ifadə olunması mümkün olan təhdidir.

Bu üzdən mən Səhiyyə naziri Cənab Oqtay Şirəliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi Cənab Mədət Quliyevdən sağlam və təhlükəsiz gələcəyimiz naminə bu barədə ciddi tədbir görülməsinə dair göstərişlərin verilməsini xahiş edirəm. Savadlı həkimlərimizə ehtiyyacın hazırkı zaman etibarı ilə aktual olduğunu nəzərə alsaq tutduğu vəzifəsindən haqsız yerə azad edilmiş, öz sahəsi üzrə son dərəcə peşəkar olan həkimlərimizin əmək hüququn bərpası son dərəcə vacibdir”.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ