Səhiyyə sistemimiz uşaqlarımız üçün də təhlükəlidir...
Sosial şəbəkə istifadəçisi Ayşən Məmmədlinin Qarayev Uşaq xəstəxanasında başına gələnləri onun öz dilindən sizə təqdim edir:
"Görəsən səhiyyəmizin bu günə qalmasına görə kimsə əvvəl axır cəzalanacaq? Azərbaycan səhiyyəsi mənə həyatımın şokunu yaşadır. Əsasən də Qarayev uşaq xəstəxanası... hansı məqsədə qulluq edir baş aça bilmədim.
Əkizlərim səhər tezdən qaytarmağa başladı deyə apardıq Qarayev uşaq xəstəxanasına. İçəri girdiyimiz andan həkim aqressiyasını üstümüzə tökməyə başladı. Uşaqlar əlimizdə göyərir, mən şokdayam, hamı pul davasındadı. Onsuzda insan övladı olunca pul filan düşünmür. Nəysə ödəniş etdik , palataya yazdılar. Əsl konsert orda başladı. Körpənin damarına düşə bilmirlər. Bütün dərmanları yazdılar, aldıq ağıllarına gəlməyib ki, venadaxili kateter (vazafix) yazsınlar. Körpələri deşik-deşik etdilər, biri göyərdi, qıcolma tutdu, uşağın ayağını buraxmırlar ki, qorxmayın qırılmaz. Sonra mənə təklif edirlər ki, bizdə vazafix var ancaq ödənişini edin qoşaq.
Allahım, şokdayam hələ də, bunu başdan eləmək ağıllarına gəlmirmi? Bu anda bunlar pulmu düşünür? Yenə də damara düşə bilmədilər, reanimasiya şöbəsinə apardılar, bizi içəri buraxmırlar ki , pul verin qoşaq, nə olar birinci insan canını düşünsəniz? Onsuzda o an onlara heçnə olmasın deyə hər şeyini verəcək insanlar var. Olmasa belə bu candı can. İmkanı olmayanlar ölsün? Savadsız yığını yenə düşə bilmədi damara. Axırda gətirdik özəl klinikaya. Guya ora savadlı, inandığımız bir həkimin məsləhəti ilə getmişdik
Qarşı tərfəi dinləməyə hazırıq!
Teref.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?