XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı sərəncam imzalayıb
20-07-2018, 09:28

Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.