"Atəşgah Sığorta" vətəndaşın sığorta pulunu vermir (ŞİKAYƏT)
"Atəşgah Sığorta" ASC növbəti dəfə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına görə həyata keçirməli olduğu sığorta ödənişindən yayınır.
Bu barədə "Report"a müraciətində Bakı şəhər sakini İlqar Hüseynov bildirib.
Şikayətçinin sözlərinə görə, bu il iyunun 27-də etibarnamə ilə idarə etdiyi "Toyota Prado" markalı minik avtomobili paytaxtın Heydər Əliyev prospektində VAZ-2109 markalı başqa bir maşın tərəfindən vurulub. Hadisə yerinə qarşı tərəfin icbari sığortaçısı olan "Atəşgah Sığorta"nın əməkdaşları gəliblər.
"Avtomobilə 480 manatlıq ziyan dəysə də, şirkətdən 218 manat ödəniləcəyini bildirdilər. Məcbur olub bu məbləğə razılaşdıq. Amma hələ də, "Atəşgah Sığorta" pulu ödəməyib. Hər gün şirkətə zəng edirəm. Əməkdaşlar əksər hallarda telefona cavab vermirlər. Baş ofisə gedəndə isə araşdırma aparıldığını bildirirlər. Bir sözlə, süründürməçilikdir", - deyə İ.Hüseynov qeyd edib.
"Atəşgah Sığorta"nın baş ofisinə avtomobillə gedib-gəlməyə çəkdiyi xərc artıq şirkətdən almalı olduğu pula bərabərdir. Azərbaycanda bu qədər bərbad xidmət göstərən, müştəri məmnuniyyəti aşağı olan sığortaçı yəqin ki, tapılmaz", - deyə şikayətçi fikrini yekunlaşdırıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək