“Kompleks Qazma İşləri Tresti”ndə ÖZBAŞINALIQ - Yeyinti ittihamı
Dövlət Neft Şirkətinin “Kompleks Qazma İşləri Tresti” ilə bağlı ölkə mətbuatında mütəmadi olaraq şikayət və məlumatlar dərc edilir.
Bu məlumatlara istinadən deyə bilərik ki, SOCAR-ın fəaliyyət göstərən idarələrində işçilərin haqqlarının ən çox tapdandığı qurumlardan biri məhz “Kompleks Qazma İşləri Tresti”dir.
Adı çəkilən idarədə işləyən işçilərin durumu ilə bağlı AzFakt.com-un elektron poçtuna göndərilən məlumatda vurğulanır ki, Tresin kadrlar şöbəsinin rəisi Sübhan İsmayılov öz var-dövlətini artırmaq üçün müxtəlif maxinasiyalar edərək trestin işçilərinin əmək haqqlarına şərik çıxır. Adının açıqlanmasını istəməyən mənbəmizin iddiasına görə iş qrafiki əsasında buruqda təmir-tikinti işlərini sona çatdırann birqada eyni tərkibdə yeni buruğa getməli olsa da, bu Sübhan İsmayılov və şəriki Anar adlı şəxs tərəfindən müxtəlif vasitələrlə əngəllənir. Kadrlar şöbəsi rəisinin bu əngəllənməsinin arxasında isə özünün şəxsi maraqları olduğu bildirilir.
Məlumata görə Sübhan İsmayılov ildə ən azı 2 (iki) dəfə optillaşma adı altında xeyli sayda fəhlə və mühəndisin 2 aylıq əmək haqqlarını kəsir. Hər birqadada 70-ə yaxın işçinin olduğu və onların demək olar ki, 40-dan artığından bu vəsaitlərin alındığı deyilir. Məlumatda qeyd edilir ki, optillaşma adı altında yığılan vəsaiti verməyən fəhlələr dənizdən quruya keçirilir və burada əmək haqqı 500 manatdır. Dənizdə əmək haqqının qurudan 3 dəfə çox olduğu üçün fəhlə və mühəndis heyyəti Sübhan İsmayılovun “təklif”ini məcburən qəbul edir.
Saytımıza göndərilən məlumatda vurğulanır ki, “Kompleks Qazma İşləri Tresti”nin kadrlar şöbəsinin rəisi vaxtı ilə müxalifətin radikal qanadı AXCP-in Nəsimi rayon şöbəsində “fəallar”dan biri olub. Ancaq birdən birə 2005-ci ildə hansısa "rüzgar" Sübhan İsmayılovu Dövlət Neft Şirkətinə atıb. İxtisasca rus dili müəllimi olan Sübhan İsmayılov bir müddət SOCAR-da müxtəlif yerlərdə işlədikdən sonra “Kompleks Qazma İşləri Tresti”nin kadrlar şöbəsinin rəisi təyin edilib. Məlumata görə Sübhan İsmayılov kadrlar şöbəsinin rəisi keçdikdən sonra özünə yaxşı var-dövlət toplaya bilib. Hətta onun paytaxt Bakıda dəbdəbəli villası, bir neçə evininin və avtomobillərinin olduğu deyilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?