SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “1 TON SUYU BİZƏ 5 MANATA SATIRLAR…” – “AZƏRSU” Binəqədi sakinlərini yenə suya həsrət qoyub (FOTO)

“1 TON SUYU BİZƏ 5 MANATA SATIRLAR…” – “AZƏRSU” Binəqədi sakinlərini yenə suya həsrət qoyub (FOTO)

Tarix:

2-07-2018, 12:02

/ 1 285 dəfə oxundu.
“1 TON SUYU BİZƏ 5 MANATA SATIRLAR…” – “AZƏRSU” Binəqədi sakinlərini yenə suya həsrət qoyub (FOTO)

“Xətt 17 ev üçün nəzərdə tutulub, amma 36 nəfərə satıblar”
Ötən il, təxminən bu vaxtlar Bakı şəhəri, Binəqədi rayonu, “3-cü mədən (Qəsəbə Binəqədi, 75-104-cü korpus) ərazisində yaşayan bir qrup sakin “AzPolitika.info”ya müraciət edərək, qəsəbədə olan su problemini işıqlandırmağımızı xahiş etmişdilər. Bu günlərdə həmin sakinlər bir daha saytımıza müraciət edərək, su problemlərini yenidən işıqlandırmağımızı xahiş etdilər.
Binəqədi rayonunun problemləri bitmək, tükənmək bilmir. Demək olar ki, günaşırı bu rayonda olar problemlər mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırılır. Lakin məmurlar bu yazılara sanki “Siz yazdığınızı yazın, biz öz işimizdəyik” münasibətini göstərirlər. Yuxarıda qeyd etdiyimiz kimi, ötən ildən (artıq bir neçə ildir!) davam edən problem, bu gün də aktuallığını qoruyur. Qızmar yay istisində su üzünə həsrət qalan Binəqədi sakinləri problemin həll olunmasını tələb edirlər: “Yayın bu istisində suya həsrət qalmışıq. Hamının evində qocası, uşağı var. Nə səsimizə səs verən var, nə də maraqlanan! “Azərsu” problemimizi həll edə bilmir, ya da etmək istəmir. Dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir nəticəsi olmadı. Əlacsız qalıb yenidən “Azərsu”ya müraciət etdik. “Ayna Sultanova”dakı idarədə hərə bir söz deyir. Kimin üstünə gedirsən, o da göndərir başqasının üstünə. Heç kim bu problemin əsl səbəblərini izah etmir. Keçmiş icra başçısı Xaləddin İsgəndərova da mürciət etmişdik. 1-2 ay maşınlarla bizə (Binəqədi Qəsəbəsi, 3-cü mədən, 75-104-cü korpus) su göndərdi. Ancaq sonradan gələn maşınlar da bizdən suya qarşılıq pul tələb etməyə başladılar. Əlacımız yoxdu, biz də məcbur qalıb su gətirənlərə pul veririk. 1-1.5 ton suya görə, bizdən 5 manat alırlar. Bir maşın suyu isə 20 manata satırlar. Bir neçə aydır ki, bu əraziyi su xətti çəkildiyini bildirirdilər. Amma nə işdisə, bu əraziyə çatanda borunun ağzını bağlayıb yerə basdırdılar. Yəni, yeni xəttin bizə aidiyyatı olmadığını göstərdilər. Köhnə xəttdən samovara gələn suya 17 xəttin qoşulmağına icazə verilir. Amma 36 xətt qoşulub. Bu əlavə edilmiş 19 xətti “Azərsu” əməkdaşları pul müqabilində camaata satırlar. Bu isə qanunsuzdur! Onsuz da ayda-ildə verilən su qapıya gəlib çatmamış yoxa çıxır! “Azərsu”dan bizə haray yoxdu. Sizin sayt vasitəsilə üzümüzü Binəqədinin icra başçısına tutub, onda bu işə əl atmasını xahiş edirik. Bu dəfə də bu işə əl atmayıb, bizi bu qızmar yay istisində susuz qoysalar, bizim etiraz etməkdən başqa çarəmiz yoxdur” – deyə, qəsəbə sakinləri şikayətlərini dilə gətirdilər.
Çox maraqlıdır, yəni, bu böyüklükdə qurum (Azərsu) bir qəsəbənin su problemini illərdir həll edə bilmir? Bəlkə də, qəsəbə sakinlərinin ayağa qalxmasını, etiraz aksiyası keçirilməsini, məsələnin daha da böyüməsini gözləyirlər?…
Ümid edək ki, aidiyyatı qurumlar bu qəsəbə sakinlərinin harayına səs verəcək, lazımı tətbirlər görüləcək!
Məsələni dəqqətdə saxlayacağıq.

“AzPolitika.info”
“1 TON SUYU BİZƏ 5 MANATA SATIRLAR…” – “AZƏRSU” Binəqədi sakinlərini yenə suya həsrət qoyub (FOTO)
“1 TON SUYU BİZƏ 5 MANATA SATIRLAR…” – “AZƏRSU” Binəqədi sakinlərini yenə suya həsrət qoyub (FOTO)

Şərhlər

XƏBƏR LENTİ