"Qaqarin" körpüsü hər an uça bilər: Çatlar hər gün daha da artır - FOTOLAR
Paytaxt sakini Emin Abuşov Bakının məşhur Cavanşir körpüsünün (keçmiş Qaqarin) qəzalı vəziyyəti ilə bağlı həyəcan təbili çalıb.
Azxeber.com-un redaksiyasına müraciət edib vətəndaş bildirib ki, şəxsi işi ilə bağlı həmin ərazidə olub və qarşılaşdığı mənzərə onu dəhşətə gətirib: "Bu gün saat 3-də "Port Baku”da görüşüm var idi. Avtomobilimi indiki Cavanşir (köhnə Qaqarin) körpüsünün yaxınlığındakı dayanacaqda saxladım. Körpünün altından piyada keçirdim ki, şəkildə gördüyünüz mənzərənin şahidi oldum".
Vətəndaş bildirib ki, həmin körpü qəzalı vəziyyətdədir: "Körpünün beton hissələrində böyük uçuqlar, çatlar var. Hər gün minlərlə avtomobil bu körpünün üzərindən keçir. Hesab edirəm ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə münasibət bildirməli və insanların həyatı üçün real təhlükə sayılan bu vəziyyəti aradan qaldırmalıdır”.
Vətəndaşın hadisə yerindən çəkdiyi fotoları təqdim edirik:



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?