SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezidentin qoruduğu Hirkan məhv edilir: ağaclar, marallar, bəbirlər... - Foto/Video

Prezidentin qoruduğu Hirkan məhv edilir: ağaclar, marallar, bəbirlər... - Foto/Video

Tarix:

27-06-2018, 20:46

/ 1 526 dəfə oxundu.
Prezidentin qoruduğu Hirkan məhv edilir: ağaclar, marallar, bəbirlər... - Foto/Video

Hirkan Milli Parkı Azərbaycanın incisidir, toxunulmaz sərvətlərindən biridir; Amma məmurların tamahı və acgözlüyü ucbatından məhv edilir...

Mediada ayrı-ayrı faktlara istinadən yazırıq ki, Hirkan qoruğu özbaşınalıq edən məmurların növbəti qurbanlıq məskəninə çevrilib.

Bu haqda detallı olaraq realnewsinfo.com yazmışdı. Saytın xəbərinə görə, 1936-cı ildə salınmış və əvvəlki adı Hirkan qoruğu olan bu ərazi prezident İlham Əliyevin 2004-cü ildə sərəncamı ilə Milli Park kimi yaradılıb.

Amma əfsuslar olsun ki, parkda olan ağaclar kəsilir. Hirkan Milli Parkının direktoru Azər Mirzəyev tərəfindən zəbt edildiyi və günbəgün məhv olunduğu bildirilir.

Adıçəkilən ərazidə yerləşən park hər günü daha da çox balacalaşır, bərbad hala salınır, getdikcə zəbt edilir. A.Mirzəyev nə qanunlar tanıyır, nə nazirlikdən çəkinir, nə də prezidentin sərəncamını sayır.

Hirkan Milli Parkının ərazisi Azər Mirzəyev tərəfindən tort kimi bölünüb, hissə-hissə satılır. Ona bu icazəni kim, necə, hansı əsasla verir?

A.Mirzəyev həmin sayta demişdi ki, Rauf Əliyev, Ülvi Qafarov, Şəmsəddin Qasımov və Adil mətbuata böhtan xarakterli məlumatlar ötürür. Onlardan Ayna Şahgəldiyeva və Taleh Abbasov həbs ediliblər.

Ancaq məlum olur ki, Hirkan Milli Parkında 2015-2016-cı illərdə 13 baş maral olub. Amma bircə maral belə qalmayıb.

Sözügedən parkda 5 baş bəbir var idi. Amma 2015-2016 - cı illərdən 2 baş bəbir qalıb. İndi onların qaldığı da məlum deyil.

Hirkan Milli Parkında parka məxsus 10 at olmalı idi. Amma bugün atların heç biri yoxdur.

Mediaya istinadla xəbər veririk ki, ötən il video müraciətdə qadın A.Mirzəyevdən şikayətçi idi. Direktor onu hədələyərmiş.

Buna səbəb qadının prezidentə şikayət etməsi olmuşdu. O, qadını döyərək yaşadığı rayondan didərgin salmışdı.

Hirkan Milli Parkında özbaşınalıq haqda şikayət edənləri təhdid edirlər, cəzalandırırlar, həbs etdirirlər. Son illərdə ardıcıl yayılan bu məlumatlardan sonra vəziyyət dəyişməyib.

Saytlar yazırlar ki, Azər Mirzəyev uzun müddətdir bu bölgədə meşə “cəlladı” kimi ad qazanıb.

Azər Mirzəyev Hirkan Milli Parkına Direktor təyin olunduğu gündən Hirkan Milli Parkının meşələrinin daha da dözülməz “qara günləri” başlayıb.

Meşələrdən nadir növ ağacların belə kəsilməyi adi hala çevrilib. Hirkan Milli Parkında misli görünməmiş “meşə vandalizmi” başlayıb.

Realnewsinfo.com–a daxil olan müraciətlərdə qeyd olunur ki, bu işdə Azər Mirzəyevə sağ əli İsmayıl Kamalov, sol əli isə bir neçə şəxslər köməklik edirlər.

Onların hər ikisi isə Lənkəran camaatına yaxşı tanışdı. Beləcə Azər Mirzəyevi və onun yaratdığı qruplaşma uzun müddətdir ki, bu bölgədə meşə “cəlladları” kimi ad qazanıb.

Hirkan Milli Parkının ərazisi Astara, Lənkəran və Lerik rayonlarının Meşə Mühafizəsi və Bərpası Müəssisələrinə aid ərazilərin müəyyən hissəsi ilə həmsərhəd ərazilərdə yerləşir.

Mətbuatda gedən bu məlumatlar və foto, eləcə də video faktlarla bağlı nazirliyin, hörmətli A.Mirzəyevin və adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

FİA.Az


Prezidentin qoruduğu Hirkan məhv edilir: ağaclar, marallar, bəbirlər... - Foto/Video
Prezidentin qoruduğu Hirkan məhv edilir: ağaclar, marallar, bəbirlər... - Foto/Video
Prezidentin qoruduğu Hirkan məhv edilir: ağaclar, marallar, bəbirlər... - Foto/Video

Şərhlər

XƏBƏR LENTİ