SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıdakı məşhur çimərlikdə əhalini “soyurlar” - Dənizdə 1 saat üzmək 35 manat!

Bakıdakı məşhur çimərlikdə əhalini “soyurlar” - Dənizdə 1 saat üzmək 35 manat!

Tarix:

27-06-2018, 17:51

/ 1 367 dəfə oxundu.
Bakıdakı məşhur çimərlikdə əhalini “soyurlar” - Dənizdə 1 saat üzmək 35 manat!

Bakıda fəaliyyət göstərən çimərliklərdən birində vətəndaşlarmədəni formada "qarət edilir”.

Bu barədə Vüqar Əliyarov adlı sosial şəbəkə istifadəçisi məlumat verib. O, Bilgəhdə yerləşən məşhur "Bilgah Beach Hotel”dən (keçmiş adı "Jumeirah” – red.” şikayət edib. V. Əliyarov istirahət mərkəzindəki qiymətlərdən və yüksək qiymət qarşılığında çox aşağı xidmətdən narazılığını ifadə edib:
"Ora getməklə həyatımın səhvini elədim. Əvvəlcə qeydiyyatda düz 35 dəqiqə gözlədik. Cəmi 1 əməkdaş xidmət göstərir, özü oturub kondisionerli otaqda, camaat koridorda "dönər” olub. Daha sonra adambaşı 35 AZN istədilər. Yazıblar ki, 3 yaşa qədər uşaqlar ödənişsizdir, 12 yaşa qədər isə 20 AZN. Mənim oğlumun 11 yaşı var. Qeydiyyatda mənə deyirlər ki, bu uşağa da 35 manat ödəməlisiniz. Əgər boyu 1,20 m-dən çoxdursa, qiymət də belə edir. Bu nə absurd qaydalardır. Uşağa deyək ki, 12 yaşa kimi boy atmasın?”

Əsas məsələ isə ailə dənizə getmək üçün turniketə yaxınlaşanda olub: "Dostumla dənizə gedəndə kartı vurduq, turniketdən keçmədi. Bu da növbəti absurd qayda. Deyirlər ki, dənizə getmək üçün ayrıca ödəniş edilməlidir. Yəni dənizdə 1 saat üzmək üçün 3 nəfərə ayrıca 105 manat ödəniş etməliyik. Bu nə dərəbəylikdir? Mövsüm başlamamış bu çimərlik və oteli qara siyahıya saldım.

Hələ yemək-içməkdən xəbərimiz olmadı. Deyirlər, orda qiymətlər ümumiyyətlə yaxın durulası deyil”.

Şərhlər

XƏBƏR LENTİ