“Üfiq”dəki direktor işçilərə “qan uddurur” - İddialar
Müdafiə Sənayesi Nazirliyin aparıcı müəssisələrindən olan “Üfiq” İstehsalat Birliyinə təyin olunan yeni baş direktor Çingiz Əliyev işçilərə “gün verir, işıq vermir”.
Feysbukda yazılanlara istinadla xəbər veririk ki, müəssisənin zavodlarında ardıcıl partlayışlardan sonra baş direktor Ramiz Məmmədov tutduğu vəzifədən azad edildi.
Onun yerinə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunduqdan sonra əməkdaşlarının qara günləri başladı.
Sosial şəbəkələrdə yazırlar ki, Ç.Əliyev işçiləri əsassız yerə ixtisar edir, onlarla kobud, qaba davranır, incidir, istismar edir.
Hətta bu günlərdə müəssisənin hicablı əməkdaşından işə gələrkən başını aşmağı tələb etdiyi iddia olunur. Bu tələbə boyun əyməyən işçi vəzifəsindən azad edilib.
Baş direktorun bu qanunsuz hərəkətinə etiraz olaraq nazirliyə şikayət edən həmin işçi vəzifəsinə bərpa olunub. Ancaq tək bu fakt deyil, onlarla belə işçinin sıxışdırılığı deyilir.
Deyilənə görə, Ç.Əliyevin işçiləri şərləmə əməliyyatına kənardan özü ilə gətirdiyi iki nəfər də icraçılıq edirlər. Onlar “Üfiq”də meydan sulayırlar və fəhlələri təyinatı olmayan üzrə istismar edirlər.
Bu da müəssisədə kütləvi narazılığa səbəb olub. Onlar nazirliyə müraciət etməyə hazırlaşır.
Nazirlikdən açıqlamağa almağa çalışırıq.
Fia.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?