Kilsə işçiləri 9 yaşlı qıza qarşı seksual hərəkətlər etdi - Bakıda kilsədə rəzalət
Rus Pravoslav kilsəsinin Bakı yeparxiyasında qalmaqallı hadisə baş verib.
Sputnik-ə istinadən xəbər verirki ki, 20 iyunda Nəsimi rayon 22-ci polis bölməsinə Bakı şəhər sakini M.X şikayət ərizəsi ilə müraciət edib. O ifadəsində bildirib ki, bu ilin 14 fevral tarixində 9 yaşlı qızı ilə Bakıda həmişə getdiyi kilsəyə dua etməyə gedib.
Qadın dua edərkən, iki nəfər kişi onun qızını kilsənin digər binasına apararaq, uşağa qarşı seksual xarakerli hərəkətlər tətbiq ediblər. Uşaq baş verənlər barədə anasına dərhal məlumat verməyib. 4 ay keçdikdən sonra uşaq baş verənləri danışıb. Şikayətçi uşağa qarşı bu hərəkətləri edənlərin adlarını açıqlayıb, lakin sayt etik qaydalara görə onların kimliyini dərc etməyib.
Faktla bağlı materiallar Nəsimi rayon Polis idarəsinə təqdim olunub və cinayət məcəlləsinin 152-ci maddəsinə əsasən istintaq araşdırması başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının müvafiq ekspertizası aparılacaq.
Məsələ ilə bağlı sayt Bakıdakı kilsələrdən birinin məsul rəhbəri protoirey Mefodeyə müraciət edib. Mefodey ata bildirib ki, ilk dəfədir kilsə divarları arxasında azyaşlı qıza qarşı belə bir cinayət barədə eşidir. Lakin o etiraf edib ki, təqsirləndirilən şəxslər kilsənin əməkdaşlarıdır. Mefodey ata bu iki nəfərin açıqlama verməyəcəyini bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?