SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahibkarlar vergi nazirinə və gömrük rəisinə üsyan etdilər – Dəhşət dolu müraciət

Sahibkarlar vergi nazirinə və gömrük rəisinə üsyan etdilər – Dəhşət dolu müraciət

Tarix:

21-06-2018, 16:09

/ 1 577 dəfə oxundu.
Sahibkarlar vergi nazirinə və gömrük rəisinə üsyan etdilər – Dəhşət dolu müraciət

Bir qrup kənd təsərrüfatı məhsulları ixrac edən sahibkar vergilər naziri Mikayıl Cabbarova və Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevə müraciət ediblər.
Göndərilən müraciətin bir surətində üzləşdikləri problemdən bəhs ediblər.
Biz ölkədən Kənd təsərrüfatı məhsullarının ixracına xidmət göstəririk. İxrac zamanı qarşılaşdığımız maneələrlə bağlı dəfələrlə yerli qurumlara müraciət etsəkdə ,hətta Vergi Nazirliyinə , Dövlət Gömrük komitəsinə müraciət etsək də məsələyə ciddi şəkildə yanaşma olmamışdır. İxrac zamanı məhsulun ixracından sonra sahibkarlara külli miqdarda vergilər hesablanır. Bunun da səbəbi kimi yalnız sahibkar günahkar hesab edilir. Dəfələrlə keçmiş nazirin dövründə məsələylə bağlı nazirlikdə 1 ci müavin Sahir Məmmədxanov, Sahib Ələkbərov, Fərid və İlkin müəllimlə görüşsək də real vəziyyəti izah etsək də heç bir nəticəsi olmamışdır.
Birmənalı şəkildə maraqlana da bilərsiz sahibkarlardan. Əsədov Aqil Adil oğlu, Ağalarov Emin Cəmil oğlu, Vəliyev Ramil Hüseyn oğlu, və digərləri hal hazırda həbsdədirlər.
Hal hazırda da eyni qaydada yenə sahibkarlar vergi istintaqına cəlb edilməyə başlamışlar. Hidayətov Yaqub Raqub Oğlu,Talıbov Zabil Ocaqverdi oğlu.
Bəzilərinə də yenə köhnə qaydada külli miqdarda analoji vergi hesablanmışdır. Həsənov İlham Həsənqulu oğlu və digərləri
Bütün bu vergilər 11 saylı Vergi dairəsindən hesablanan vergilərdi.
11 saylı Vergi dairəsi də məsələni izah etsəkdə bu məsələni biz həll edə bilmirik rəhbərliyə müraciət edin deyilmişdir.
Nazirlik səviyyəsində müraciət etdik Talıbov Zabil Ocaqverdi oğlu Vergi Nazirliyində məsul şəxslər olan Fərid və İlkin müəllimlə görüşdükdə biz bilirik bu vergilər sizə analoji hesablanır sizin heç bir günahınız yoxdur, nə qədər ödəyə bilirsiz onu ödəyin deyildikdə 15 min manat vergi ödəmiş və hesablanan kulli miqdarda vergi silinmiş.
Lakin çox keçmədən yenə də həmin külli miqdarda vergi Talıbov Zabilə yüklənmiş və istintaqa göndərilmişdir.Belə hallara baxdıqda sahibkarlar sanki iflic vəziyyətə gəmişdir. Çünki qazancımızdan aldadılaraq vergi ödəyəndən sonra yenədə köhnə qaydada vergi nazirliyindən ağlasığmaz vergilər hesablanır. Bu da sahibkarı istintaqa ordanda həbsxanaya aparır.
Lakin məsələnin həlli yenədə rəhbərlik səviyyəsində həll edilməmiş olaraq qalmaqdadır.
11 saylı ərazi vergi dairəsinin bəzi vergi məmurları hesabladıqı analoji vergilər biz sahibkarlarnan yanaşı iqtisadiyyatımıza da vurulan zərbədir.
Çünki Rusiya ilə Azərbaycan arasında razılıq əsasında kənd təsərrüfatı məhsullarının bu qaydada ixracı Ümummilli lider H. Əliyevin uzaqgörən siyasəti nəticəsində ərsəyə gəlmişdir. Azərbaycanin kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılması orada satılması ,əvəzində ölkəyə valyuta gətirilərək vətəndaşlar həm iqtisadiyyatımızın bu gunə kimi təminatçısı həmdə öz məhsullarımızın Rusiya bazarında nüfuzunun artmasına səbəb olmuşdular.
Bütün bu inkişafın bir səbəbkarı olmuşdur oda Ümumilli lider H.əliyev cənablarıdır.
Lakin 2014 cü ildən başlayaraq sanki ixracatçı sahibkarları ovlamağa başladılar. Hesablanmış külli miqdarda Vergilərdən sonra İstintaq ,məhkəmə, həbsxana sahibkarlar üçün adi hala çevrildi.
Dəfələrlə məsələni yazılı surəttə bildirsəkdə heç bir nəticə olmadı.
İndi Vergi Nazirliyi rəhbırliyi ,Dövlət Kömrük komitəsi rəhbırliyi dəyişdiyindən bir daha məsələni ictimailəşdirərək izah edirik.
Misal üçün ölkədən Xurma məhsulunu sahibkar 20 - 30 qəpik arası alsada, deyilənə görə Rusiyanın yəzyiqi ilə 80 sent yəni 1 manat 30 qəpik fəyər qoyulur.Bu da ixracı beş dəfədən artıq göstərirki malın dəyərindən beş dəfə artıq pulu ölkəyə qaytarmaq deməkdir .
Yəni 20 ton xurma 6 min manat dəyərində olduğu halda 26 min manat pul bəsaitin Azərbaycana qayıtması deməkdir. Yeni qanuna əsasən ixrac edilən məhsulun pulu geri qayıtmasa sahibkarı cinayət məsuliyyəti gözləyir. Burdanda belə çıxır ki mən 6 min manatı ölkəyə qaytarmaq əvəzinə 26 min manat qaytarmalıyam.Bu da birmənalı şəkildə mümkün deyil.
Bundan əlavə məhsulun maya dəyəri yüksək yazıldıqda Rusiya ərazisində ƏDV də yüksəlir bu da yenə sahibkarın cibindən çıxır.
Sonra bu ixrac məlumatı gömrükdən vergi nazirliyinə ötürülür ki , bu zamanda sahibkara 6 min manatlıq məhsulun vergisini 26 min manatla hesablanır.
Sahibkarlarla birlikdə dəfələrnən Vergi Nazirliyindən bi məsələ ilə bağlı bir qrup hazırlayıb ixracın gedişatında baş verənləri araşdırıb bizə doğru yol göstərməyi, yəni vergilərimizi həqiqi qaydada ödəməmiz üçün köməklik göstərməyi desəkdə Susmaqdan başqa bir hal olmadı, heç bir müsbət nəticə olmadı.Bayaqdan analoji hesablamalarla əziyyətə düşən sahibkar indidə ixrac edilən məhsulun pul vəsaitinə görə həbs olunmaq təhlükəsi qarşısındadır.
Cənab Prezident! Hörmətli Mikayıl Cabbarov və hörmətli Səfər Mehdiyev sahibkarların bu vəziyyətinin həlli rəhbərlik səviyyəsində nəzərdən keçirilsə sahibkar olaraq bizdə hər bir vəziyyəti izah etməyə hazırıq. Bizi Şəxsən qəbul edin.

\Anaxeber.Az

Şərhlər

XƏBƏR LENTİ