Kürdəmirdə şok: İnsan və heyvan dərmanları eyni aptekdə satılır
Kürdəmir rayonunun Sığırlı kəndində insanlar üçün nəzərdə tutulmuş dərmanlar heyvan dərmanları ilə birlikdə satılır. Xüsusi soyuducuları və saxlanma yerləri olmayan, birgə satışı qadağan olunan, lisenziyasız və orta təhsilli satıcı ilə fəaliyyət göstərən bu obyektə kimlərin göz yumduğu sual doğurur. Ağac və güllərin mühafizəsi, habelə əkin sahəsi üçün nəzərdə tutulan yüksəktəsirli dərmanların da burada satışı acı gülüş doğurur.
xalqxeber.az 7news.az-a istinadən xəbər verir ki, dəfələrlə kənd camaatı aptekin qurbanına çevrilməkdən son anda qurtulublar. Belə ki, yalnış və ya vaxtı keçmiş dərmanları aldanaraq alan sadə kəndlilər məsələni sonradan başa düşüblər. Bəzilərinin isə ev heyvanları tələf olub. Onlar dəfələrlə Kənd Təsərrüfatı, Səhiyyə, İqtisadiyyat nazirliklərinə şikayət etsələr də məsələni gəlib araşdıran olmayıb. Günahkar öz cəzasını çəkmək əvəzinə, Kürdəmir rayonunun mərkəzində də əlavə olaraq bu cür aptek açıb.
Kənd camaatı alternativ aptekin açılması üçün dəfələrlə müraciət etsə də, müvafiq qurumlar heç bir reaksiya verməmiş, sözügedən aptekin sahibi Sakit Məmmədova yaşıl işıq yandırıblar. Görünür S.Məmmədov onlarla "səmərəli” əməkdaşlıq qura bilib.
S.Məmmədovun üzərinə dərmanlara görə şikayətə gedənlər isə dəfələrlə rayon polisinin təzyiqi ilə susdurulublar.
Sığırlı kəndinin sakinləri bu məsələdə onlara kömək edilməsi üçün redaksiyaya müraciət edərək, şikayətlərinin birinci vitse-prezident Mehriban Əliyevaya, prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevə, kənd təsərrüfatı naziri İnam Kərimova, iqtisadiyyat naziri Şahin Mustafayevə və səhiyyə naziri Oqtay Şirəliyevə çatdırılmasını xahiş edirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?