SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Leykemiya diaqnozu qoyulan uşaq əslində brusellyoz xəstəsi imiş - Səhiyyəmiz "gül vurur"...

Leykemiya diaqnozu qoyulan uşaq əslində brusellyoz xəstəsi imiş - Səhiyyəmiz "gül vurur"...

Tarix:

14-06-2018, 09:30

/ 1 662 dəfə oxundu.
Leykemiya diaqnozu qoyulan uşaq əslində brusellyoz xəstəsi imiş - Səhiyyəmiz "gül vurur"...

Naxçıvan Muxtar Respublikasında yaşayan bir ailə redaksiyamıza şikayət məktubu ilə müraciət edib. Onların şikayəti Naxçıvan səhiyyəsinin yarıtmaz işi ilə bağlıdır. Dörd yaşlı Nürgül Kələşovanın valideynləri yazır ki, anadangəlmə ürək qüsurundan əziyyət çəkən övladlarını əməliyyat etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə yatırdıblar. Amma əməliyyat öncəsi qızcığazın hərarəti qalxır, dalağı şişir, durumu pisləşir, bu səbəbdən əməliyyat təxirə salınır.

Valideynləri Nürgüllə birgə Naxçıvana qayıdırlar. Xəstəxanalardan birində aparılan qan müayinəsinin nəticəsi valideynlərə bildiriləndə hər ikisi şok yaşayır. Çünki həkim onlara: ” Yaxşı ki, uşağı əməliyyat etdirməmisiniz. Onun xəstəliyi çox ciddidir, ağ qanı qırmızı qanını yeyir”, - söyləyir və dərddən beli bükülən valideynlərə laboratoriya müayinəsinin nəticələrini göstərir.

Dünya gözlərində qaralan dərdmənd valideynlər durmadan körpə fidanları ilə birgə yenidən Bakıya pənah gətirirlər. Yüksək hərarət və dalağın həddən artıq şişməsi həkimləri narahat etdiyindən xəstəni B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna sümük iliyinin punktatının müayinəsinə yollayırlar. İnstitutun Klinik-diaqnostik labiratoriyasında edilən qanın ümumi müayinəsi leykemiya diaqnozunu təsdiqləmir,amma körpənin qanında bursellyoa mikrobu aşkarlanır.

Diaqnozu dəqiqləşdirmək üçün xəstəni S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasında yollayırlar. Bu müayinə bir daha təsdiləyir ki , Nürgülün səhhətindəki problemlərə səbəb uşağın yoluxduğu brusellyoz xəstəliyi imiş.

Leykemiya - əsrimizin bəlalarından biri, dünyada milyonlarla insanın həyatına son qoyan qorxunc xəstəlik və çox az hallarda ölümlə nəticələnən, xəstə heyvanlardan insanlara keçən brusellyoz infeksiyası. Bir-biri ilə heç bir əlaqəsi olmayan iki xəstəlik.

Bəs necə olub ki, Naxçıvan MR-nın tibbi laboratoriyasında brusellyoz infeksiyası leykemiya kimi qeydə alınıb? Bəlkə bunun səbəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun həkimləri təkmilləşdirmə kursalrına göndərmək, öz üzərlərində çalışmaları üçün onlara şərait yaratmaq əvəzinə, əllərinə bel və kərənti verib “Lenin” iməcliklərinə yollamasıdı? Hətta Naxçıvanda bununla bağlı lətifə də yaranıb : Səhiyyə Nazirliyində işə qəbul olunmaqçün müraciət edən həkimlərə verilən sual: “ Kərənti vurub, yer belləməyi bacarırsan?”

Əslində heç də gülməli deyil. Əksinə, çox acınacaqlı haldır. İllərdir sadə naxçıvanlılar Naxçıvan səhiyyəsinin yarıtmaz işindən əziyyət çəkir. Naxçıvan xəstəxanalarında yerli həkimlər tərəfindən aparılan müayinə və müalicələr çox vaxt ya heç bir nəticə vermir, ya da xəstələrin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Uğursuz cərrahiyyyə əməliyyatlarının qurbanları təkrar əməliyyat üçün paytaxta gəlməli olur. Bununla bağlı dəfələrlə Naxçıvan sakinlərindən şikayətlər daxil olub redaksiyamıza, biz də vətəndaşların haqlı iradlarını ictimaiyyətə, eləcə də aidiyyatı qurumlara çatdırmışıq. Amma təəssüf ki, vəziyyət yaxşılığa doğru dəyişmir ki, dəyişmir.

Bu gün də həkimlər peşəkarlığını artırmaq əvəzinə, yol kənarlarında kərənti ilə tikan və qanqal təmizləyir, yer belləyir. Səhiyyə Nazirliyi isə nədənsə buna göz yumur.

Bu yerdə SSRİ dönəmində məşhur olan bir deyim yada düşür: “Sağlam bədəndə sağlam ruh olar”. Yəqin Naxçıvan Muxtar Respublikasının rəhbərliyi hələ də o dönəmdə qalıb və düşünür ki, fiziki işlə məşğul olan sağlam bədənli həkimlər xəstələrinə daha keyfiyyətli xidmət göstərəcəklər. Amma nəzərə almır ki, bruselyoz xəstəliyindən əziyyət çəkən xəstəyə leykemiya diaqnozu qoyan savadsız, səriştəsiz həkim bununla nəinki onun, bütün ailənin əsəb sistemini sarsıdır, üstəlik, vaxtında aşkarlanıb müalicə olunmayan ən yüngül xəstəlik belə çox ciddi fəsadlara yol açır.

Onu da qeyd edək ki, ilk nəzərdə qorxusuz görünən brusellyoz, əslində kifayət qədər qorxulu xəstəlikdir. Heyvanlardan və ya onlardan hazırlanan qidalardan insanlara keçən, xüsusən sümük və əzələlərlə bağlı olan, bununla yanaşı bədənin digər orqanlarını da zədələyən yüksək qızdırma ilə müşahidə olunan bu infeksiya vaxtında aşkarlanıb müalicə olunmadıqda, meningitə, qaraciyərin böyüməsinə, dalağın zədələnməsinə gətirib çıxara bilir.

Blaca Nurgülün bəxti gətirdi, xəstəliyi vaxtında aşkarlandı və ümid edirik ki, ən tez zamanda müalicə olunub sağlamlığına qovuşacaq. Amma heç də bütün xəstələr Nürgül qızımız qədər şanslı deyil. Heç də hər valideynin xəstə övladını Naxçıvandan Bakıya gətirmək, onu paytaxtda müalicə etdirmək imkanı yoxdur. Odur ki, buradan həm respublika rəhbərliyinə və Səhiyyə Nazirliynə, həm də Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə və muxtar respublikanın Səhiyyə Nazirliyinə səslənirik və bu tale yüklü problemin ən tez zamanda həll olunması üçün lazımi tədbirlərin görüləcəyinə ümid edirik.

Hurriyyet.org
Leykemiya diaqnozu qoyulan uşaq əslində brusellyoz xəstəsi imiş - Səhiyyəmiz "gül vurur"...
Leykemiya diaqnozu qoyulan uşaq əslində brusellyoz xəstəsi imiş - Səhiyyəmiz "gül vurur"...
Leykemiya diaqnozu qoyulan uşaq əslində brusellyoz xəstəsi imiş - Səhiyyəmiz "gül vurur"...
Leykemiya diaqnozu qoyulan uşaq əslində brusellyoz xəstəsi imiş - Səhiyyəmiz "gül vurur"...
Leykemiya diaqnozu qoyulan uşaq əslində brusellyoz xəstəsi imiş - Səhiyyəmiz "gül vurur"...
Leykemiya diaqnozu qoyulan uşaq əslində brusellyoz xəstəsi imiş - Səhiyyəmiz "gül vurur"...

Şərhlər

XƏBƏR LENTİ