Elnarə Rzayeva daha bir xanımın dodaqlarını bu günə qoydu
Kosmetoloq Elnarə Rzayevanın qurbanlarının sayı durmadan artır. Onlardan biri də Səlmi Əhmədova adlı pasientdir.
Axşam.az-a şikayət edən Səlmi deyir ki, Elnarəyə dodağındakı biopolimeri (gel) əritmək üçün müraciət edib. Onun sözlərinə görə, prosedurları etmək üçün kosmetoloqa 800 manat ödəyib:
“Dodağımda sintetik gel var idi. Getdim yanına, dedi ki, mən onu əridəcəm. Bir iynə vurdu və guya əritdi. Dodağım əvvəlcə yara oldu, pis günə qaldı. Yara gedəndən sonra isə şişib daha da böyüyüb. Düz bir il 20 gündür əməliyyatın üstündən keçir. Hər gün Elnarənin yanına getsəm də, məni yola verirdi. Deyirdi ki, get, sabah gələrsən. Nəhayət bu gün onunla üzbəüz görüşdüm. Elədiyini boynuna almadı. Dedi, daha sənə heç cürə kömək edə bilmərəm, get, kimə şikayət edirsən, et, heç kimdən qorxmuram”.
Qeyd edək ki, bu, Rzayeva haqda ilk şikayət deyil. Bundan əvvəl də bir neçə müştərisi onun prosedurlarından şikayət edib. Onlar kosmetoloqun etdiyi prosedurlardan sonra dodaqlarında, üzlərində yaralar əmələ gəldiyini bildiriblər. Bəziləri hətta Elnarə tərəfindən döyüldüyünü söyləyib. Müştərilər kosmetoloqla bağlı məhkəməyə müraciət ediblər.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?