Nərgiz Paşayeva vitse-prezident seçildi
Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında qurumun yeni vitse-prezidentləri, Rəyasət Heyətinin yeni üzvləri seçilib.
AMEA-nın vitse-prezidentləri vəzifələrinə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva , Iradə Hüseynova seçki yolu ilə seçiliblər.
Qeyd edək ki, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev bu seçkiyə qədər də həmin vəzifələri icra edirdilər. Nərgiz Paşayeva və İradə Hüseynova isə yeni vitse- prezidentlər seçiliblər.
N.Paşayeva akademiyada təhsil, İ.Hüseynova isə biologiya məsələrinə baxacaq.
Qeyd edək ki, vitse -prezidentlər bu vəzifəyə 5 il müddətinə seçilirlər.
N.Paşayeva və I.Hüseynova həm də Rəyasət Heyətinin üzvləri seçiliblər.
İclasda akademiyanın bölmələrinin akademik katibləri də seçilib.
Belə ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib.
Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?