SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yasamalda kənd üsullu "İSLAHAT" - FOTOLAR

Yasamalda kənd üsullu "İSLAHAT" - FOTOLAR

Tarix:

8-06-2018, 16:10

/ 1 520 dəfə oxundu.
Yasamalda kənd üsullu "İSLAHAT" - FOTOLAR

Bakının Yasamal rayonunda, Ümid Əkbərov küçəsində sakinlərin yolsuzluq barədə uzun-uzadı şikayətlərindən sonra səlahiyyətli şəxslər problemin unikal, doğrudan da analoqu olmayan həll yolunu tapıblar.

Belə ki, əvvəllər onsuz da bərbad durumda olan küçəni kanalizasiya xətti çəkəndən sonra daha da yararsız hala salan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sakinlərin çoxsaylı şikayətlərindən sonra onlar üçün asfaltdan cığır çəkib. virtualaz.org xəbər verir ki, bu mənzərəni əks etdirən foto günlərdir sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Foto metronun “İnşaatçılar” stansiyasının yaxınlığında - Ümid Əkbərov küçəsi 86 ünvanında çəkilib. Əkbərov küçəsində yüzlərlə ev var, ötən ay küçənin kanalizasiya borusu yenilənib. Bundan sonra kələ-kötür yol daha da bərbad duruma düşüb.

Sakinlərin şikayətlərindən sonra kanalizasiya xəttini dəyişən “Azərsu” Səhmdar Cəmiyyəti yolun təmirinə razı olub. Təmir isə çala-çuxurların daş-kəsəklə doldurulmasından və yolun ortası ilə ancaq bir adamın piyada yeriməsi üçün bəs edəcək enlikdə (təxminən 1 metr) asfalt cığır salmaqdan ibarətdir. “Azərsu” ASC-nin işçiləri deyiblər ki, bu cığır uşaqların yaxınlıqdakı 38 saylı məktəbə gedib-gəlməsi üçün bəs edər, yolun əsaslı təmiri, tamamilə asfaltlanması üçün isə ayrıca layihə və bolluca pul lazım imiş...

Sakinlərdən Fikrət Fərmanov söyləyir ki, payız-qış aylarında bu yolda palçıq dizə çıxır, uşaqlar dərsə gedib-gəlməkdə çətinlik çəkir. İndi isə asfaltdan cığır salıblar və bununla problemi həll etdiklərini düşünürlər.

Sakinlərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciətinə cavab olaraq bildiriblər ki, məhəllələrarası yolların təmiri üçün icra hakimiyyətinə müraciət etsinlər.

“Yasamal Rayon İcra Hakimiyyətinə şikayət etmişdik. Dedilər ki, sosial şəbəkələrdə yayılan fotodan xəbərimiz var. Hələ bir bizi borclu da çıxardılar. Guya ki yolun düz xətt boyunca asfaltlanması uşaqlara görə imiş, uşaqlar düz getsələr daha palçığa batmayacaqlar”, -bunu isə Elmira adlı sakin söyləyir.

Sakinlər əlavə edirlər ki, məşhur cığırın fotosu sosial şəbəkələrdə yayılandan sonra səlahiyyətli şəxslərin nəhayət bu küçənin abadlaşdırılması üçün hərəkətə keçəcəklərini gözləyirlər.
Yasamalda kənd üsullu "İSLAHAT" - FOTOLAR
Yasamalda kənd üsullu "İSLAHAT" - FOTOLAR
Yasamalda kənd üsullu "İSLAHAT" - FOTOLAR
Yasamalda kənd üsullu "İSLAHAT" - FOTOLAR
Yasamalda kənd üsullu "İSLAHAT" - FOTOLAR
Yasamalda kənd üsullu "İSLAHAT" - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ