XalqXəbər.Az

XalqXeber.Az » Sosial » İlham Əliyev yol tikintisinə pul ayırdı: 9,5 milyon manat

İlham Əliyev yol tikintisinə pul ayırdı: 9,5 milyon manat

İlham Əliyev yol tikintisinə pul ayırdı: 9,5 milyon manat
6-06-2018, 18:15

Prezident İlham Əliyev Sabunçu rayonunun Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, altmış üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.