Səlim Müslümov əlilərə aid mənzilləri satır - 800 manat
Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) ünvanda 1,7 ha sahədə əlillər üçün 2 ədəd 1 girişli 15 mərtəbəli yaşayış binasında mənzillərin satışa çıxarıldığı ilə bağlı etibarlı mənbələrdən tia.az-ın redaksiysına məlumat daxil olub.
Məlumata görə, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri olduğu dövrdə qeyri-rəsmi olaraq ona məxsus olan, oğlunun adını daşıyan "Amal 2015” tikinti şirkəti əlillər üçün nəzərdə tutulan binanın tikinti işlərinin tenderini udub. Heç şübhəsiz tenderin qalibi olaraq bu şirkətin seçilməsi də təsadüfi olmayıb və şirkətin faktiki olaraq sabiq nazirə məxsus olması burada həlledici amil olub.
Məlumata görə, əlillər üçün nəzərdə tutulmuş binada satışı qadağan edilən mənzillər tikinti şirkəti tərəfindən satışa çıxarılıb. Ərazidə olan bir neçə "makler” vasitəsilə mənzillərin satışı həyata keçirilir. Hər kv.m üçün mənzilin qiyməti 800 AZN civarında müəyyən olunub.
Qeyd edək ki, bu qiymət həmin ərazi üçün yüksək sayılır. Görünür əllilərin mənzillərinə "göz dikən” S.Müslümov daha çox qazanmaq "eşqinə düşüb”. Qarşı tərəfin mövqeyini dərc edə bilərik.
TİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?