"Günüm bankda əhalinin söyüş və qarğışlarına qulaq asmaqla keçdi" - Təşkilat sədri ŞİKAYƏTLƏNDİ
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Kapital Bank"ın İdarə heyətinin sədri Rövşən Allahverdiyevə şikayət məktubu göndərib. Məktubda bildirilib ki, bankın "28 may" filialı vətəndaşlara keyfiyyətli xidmət göstərə bilmir.
Cebhe.info-ya məlumat verən Eyyub Hüseynov bildirib ki, 29, 30, 31 may və 01 iyun 2018-ci il tarixlərində təşkilatın rəhbəri olaraq günü əhalinin söyüş, qarğışlarına qulaq asmaqla "Kapital Bank"ın “28 may” filialında keçib. Təşkilata məxsus 251 AZN-ı almaq müşkülə çevrilib:
"Bankda gözləmə zalında əsəbini boğa bilməyən Q.Şahbazov isə ona məxsus 1000 AZN-nın, 500 AZN-nı almağa güclə müvəffəq oldu. Bank işçiləri mərkəzə zəng edir, İbrahim cavab vermir, Tural işdə deyil, Gündüz yoxdur, Rəvan yerində deyil, avtorizasiya edənlə əlaqə yaratmaq mümkün deyil və s. cavablar verir.
Otur gözlə, axşam olur “Bank” bağlanır və s. kimi əsəbi nağıllar baş verir. Düşünürəm ki, özünə hörmət edən heç bir bank rəhbəri belə əcayib, biabırçı iş qurmamalıdır.
Bir daha əmin oldum ki, Dünya Bankının mənimlə görüşən nümayəndələri haqlı olaraq məndən niyə soruşurlar ki, “Əhalinin banklara inamını necə artırmaq olar?”. Bəli, belə biabırçı banka heç kim inam bəsləməməli və özünü aldatmamalıdır”.
AİB sədri bildirib ki, bu məsələyə baxılmasını bütün Azərbaycan istehlakçıları adından xahiş edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?