İstirahət günlərinin hava proqnozu açıqlanıb
İstirahət günlərinin hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılıb ki, iki gün ərzində həmin bölgədə əlverişsiz hava şəraiti müşahidə olunacaq, fasilələrlə leysan xarakterli yağış yağacaq.
Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda isə 11-16 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində iyunun 2-də arabir yağış yağacaq, iyunun 3-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu iyunun 2-də 17-22, iyunun 3-də 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında da iyunun 2-də əlverişsiz hava şəraiti müşahidə olunacaq, arabir leysan xarakterli yağış yağacaq, iyunun 03-də isə havanın yağmursuz keçəcəyi gözlənilir.
Havanın maksimal temperaturu iyunun 2-də 18-23, iyunun 03-də 25-30 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.
“Paytaxt sakinlərinin isə nəzərinə çatdırırıq ki, iyunun 2-də hava şəraitinin qeyri-sabit, küləkli olacağı, arabir yağış yağacağı gözlənilir. İyunun 3-ü isə yağmursuz hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu iyunun 2-də 17-20, iyunun 3-də 21-23 dərəcə isti təşkil edəcək”, - deyə, ETSN-in məlumatında bildirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?