SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məcburi köçkün yardım pulunun gecikməsinə görə ölkə başçısına - Müraciət etdi

Məcburi köçkün yardım pulunun gecikməsinə görə ölkə başçısına - Müraciət etdi

Tarix:

26-05-2018, 16:44

/ 1 867 dəfə oxundu.
Məcburi köçkün yardım pulunun gecikməsinə görə ölkə başçısına - Müraciət etdi

Qaynar xəttimizin nömrəsinə ünvanlanan müraciəti olduğu kimi təqdim edirik.

Qubadlı rayonundan olan məcburi köçkün müraciətində adının məxfiliyinin qorunmasını Bizdən xüsusi xahiş etdi. Biz də öz növbəmizdə anonimliyin qorunmasını nəzərə aldıq.

Çox Hörmətli cənab Prezident Biz Azərbaycan xalqının milliyətindən,dilindən,dinindən,etnik mənsubiyyətindən asılı olmayaraq sizə etimadə son dərəcədə yüksəkdir ki, bu özünü bir daha builki prezident seçkilərində sübuta yetirdi. Mətləbə gələrək bildirmək istəyirəm ki, mən özüm Qubadlı rayonundan bir məcburi köçkün kimi onu vurğulamaq istərdim ki, son yarimillik ərzində köçkün əhaliyə ayrılan "Yardım Pulu" vaxtlı vaxtında, normal qaydada köçürülmür ötən ilə nəzər salsanız əgər bunu aşkar şəkildə müşahidə edə bilərsiniz. Möhtərəm prezident xüsusi olaraq qeyd edim ki, əvvəllər Qanunla nəzərdə tutulmuş vaxtda yəni hər ayın 18-i Bizə düşən Yardım pulunu alırdıq. Son illər bu gecikmə halı intensiv oldu. Beləki sayı milyonlarla ölçülən narazı kütlə formalaşmış yalnız bir kütlə deyil həm də, bu kütlənin beyninin içərisində haqlı olaraq dolayı fikirleər də formalaşmışdır. Mərama gələcək olarsaq əgər əksər bir qisim bunu komitə sədrinin öz şəxsi problemlərini xalqın pulu sayəsində cibə girərək həll etməsi kimi qələmə verir, digər qisim isə bilərəkdən pulu bankda yubadaraq faiziylə dolanan rüşvətxor məmurların çirkab əməlləri kimi sezirlər. Təbiki bu sezgilərdə də həqiqət payı yoxdur demək yalan olar. Bu saymamazlıqlar xalqın ümidlərini qırır və sonda işıq pulu, qaz pulu, su pulu verə bilməyən bir kütlə ilə bu pulu toplayan müfəttişlər arasında qarşısıalınmaz qarşıdurma və az qala vətəndaş qarşıdurmasi yaranır ki, bu hadisələrin fonunda da xoşagəlməz mənzərələr üzə çıxır. Lakin Biz məcburi köçkünlər sizin qayğınıza etibar edirik və bu problemin tərəfinizdən köklü şəkildə həllini tapacağına sonsuz etimad bəsləyirik və ən nəhayət sizin siyasi kursunuzu dəstəkləyirik. Öncədən təşəkkürlər.


Leqal.info

Şərhlər

XƏBƏR LENTİ