SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 13 saylı TSEK -nin keçmiş sədri nə qədər saxta əlillik dərəcəsi təyin edib? ŞOK

13 saylı TSEK -nin keçmiş sədri nə qədər saxta əlillik dərəcəsi təyin edib? ŞOK

Tarix:

26-05-2018, 16:43

/ 5 396 dəfə oxundu.
13 saylı TSEK -nin keçmiş sədri nə qədər saxta əlillik dərəcəsi təyin edib? ŞOK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının keçmiş sədri Eldəniz Cahangirov haqqında dosye.org-a şok doğuracaq məlumatlar daxil olub.

Belə ki, elektron ünvanımıza daxil olan məlumatda bildirilir ki, böyük korrupsiyaya bulaşmış E. Quliyev bir zamanlar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinnin əməkdaşları tərəfindən saxlanılır. Məlumatda vurğulanır ki, komissiyanın sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət tələb edərkən ifşa edilir. Eks-nazir Səlim Müslimovun müdaxiləsindən sonra E. Cahangirov sərbəst buraxılır.
Qaranlıq keçmişi ilə iz buraxan E. Cahangirov bir müddət keçdikdən sonra Sumqayıt Şəhər H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən polikilinkaya baş həkim gətizdirilir. Əldə etdiyimiz dəqiq məlumatlara görə, hal-hazırda Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyavin səyi nəticəsində E. Cahangirov sərbəst korrupsiya əməllərini sərbəst həyata keçirir. Onuda nəzərinizə çatdıraq ki, 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Eldəniz Cahangirov, Abşeron rayon poliklinikasının baş həkimi isə Nəriman Baxşəliyev olduğu heç kimə sirr deyil.
Maraqlısı budur ki, o zamanlar E. Cahangirov saxlanılarkən polikilinkanın baş həkimi müəmmalı formada məsüliyyətdən yayınmışdır. Bir faktı qeyd edək ki, Abşeron rayonunda saxta əlillik dərəcələrini ancaq adı hallanan şəxslər tərəfindən həll edilib. Bütün bunlara baxmayaraq Nəriman Baxşiyev Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsi təyin edilib. Digər “şəriki” Eldəniz Cahangirov isə Sumqayıt Şəhər H.Z.Tağıyev qəsəbəsində polikilinkaya baş həkim vəzifəsi “hədiyyə” olunur.
İşlədiyi dövürdə rayon və şəhər TSEK müdirləri ilə əlbir olan E. Cahangirov kifayət qədər saxta əlillik dərəcələrinin verilməsində xidmətləri olduğu bildirilir. Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin araşdırılacağı məsələlərdən biri məhz E. Cahangirovun keçmiş əməlləri olacaq. Son məlumatlara görə özünün imzası ilə verilən saxta əlillik dərəcələrinin yoxlanılmasına E. Cahangirovun sədirliyi ilə həyata keçirilir. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə rəsmi məktun ünvanlanacaq. Araşdırmalarımız davam edir...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org
13 saylı TSEK -nin keçmiş sədri nə qədər saxta əlillik dərəcəsi təyin edib? ŞOK
13 saylı TSEK -nin keçmiş sədri nə qədər saxta əlillik dərəcəsi təyin edib? ŞOK

Şərhlər

XƏBƏR LENTİ