SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ''Qızıma 285 saylı bağçada işgəncə verilib''- ŞİKAYƏT

''Qızıma 285 saylı bağçada işgəncə verilib''- ŞİKAYƏT

Tarix:

24-05-2018, 12:04

/ 4 059 dəfə oxundu.
''Qızıma  285 saylı bağçada işgəncə verilib''- ŞİKAYƏT

Direktor müavini:' 'O bu kəndin reketidir...''
Bakıda ana azyaşlı qızına uşaq bağçasında işgəncə verildiyini iddia edir. Criminal.az saytına şikayət edən Gülay Səmədova adlı ''facebook'' istifadəçisi bildirib ki, qızı Zeynəbə Xəzər rayonu, Binə qəsəbəsindəki 285 saylı uşaq bağçasında tərbiyçəsi tərəfindən işgəncə verlib.
''Artıq ikinci dəfədir qızımı bu hala salıblar. Səbəb isə bağça rəhbərliyi tərəfindən valideynlərdən tələb olunan pulu verməyə etiraz etməyimdir. Bağçaya yeni təyin olunmuş Səidə Xudiyeva valideynləri məcbur edir ki, hər ay 20 manat versin. Buna etiraz etdikdə isə polisə şikayət olunaraq şərləndim. Şikayət yazaraq işçilərə imzaladaraq polisə verdi. Polis rəisi Azər isə şikayəti rədd edib. Bundan sonra tərbiyəçi Təranə Zeynəbi çimdikləyərək bədəninin müştəlif yerlərini göyərdib. 6 yaşlı Zeynəb də Təranə müəllimə etdiyini deyib''-deyə şikayətdə deyilir.
Uşaq bağçasının direktor müavini Ülkər Bayraməliyeva Criminal.az saytına bildirdi ki, həmin valideynin adı Təranə Rüstəmova Litvin qızıdır. Direktor müavininin sözlərinə görə, T.Rüstəmova ermənidir.
Ü.Bayraməliyeva deyir ki, həmin qadın bağçanın fəaliyyətinə müdaxilə edir, müəllimləri alçaldır: ''Təranə ilə bağlı polis idarəsinə şikayət də edilib. Bu başsız bir qadındır, düşüb qəsəbənin canına, guya qaydaya salmaq istəyir. Qaynanasını evdə döyür. Əri boşayıb, gəlir burda müəlliməni alçaldır. 3 uşağı burda oxuyub. Pisdir əl çək də bizdən. Belə çıxır ki, sənin qızını burda döyürlər, yenə gətirib oturdursan bağçada? Gətirmə... Bu qadın bağçamızın ən sakit müəllimələrindən birini gözaltı edib, alçaltmaqla məşğuldur. Bu məsələ 20 manat məsələsi deyil. Hamısı onun qurmasıdır. Bizim başça dövlətindir, qidalar, yemək nəzarətdədir. Yoxlamalar gəlir. Bizim özümüz icra hakimiyyətinə tabeyik. Təranə kənddə də kurs açıb, uşaqların hamısın kor edib. Təranə bu kəndin reketidir. Bizi qoymur işləməyə. İşimiz onunla dava-qırğın etməkdir. Sən kimsən müəlliməni alçaldırsan? Valideynsən öz işinlə məşğul ol. Onun məqsədi direktor olmaqdır. Burda təndirdə işləyən bir qadın var. Ona tələb qoyub ki gündə 2 toyuq verməlisən. Bu kənddə icra hakimiyyətindən tutumuş polisə kimi hamı onu tanıyır. Bir qızı məktəbdə oxuyur ordakıların başına oyun açır, burda da bizim''.

Şərhlər

XƏBƏR LENTİ