İTV ətrafında həbslər gözlənilir - kanalda ciddi korrupsiya faktları aşkarlanıb
İTV ətrafında baş verən solan olaylar bu kanalla bağlı ictimai müzakirələrə səbəb olub. Belə ki, telekanalın hakimiyyət daxilindəki qruplaşmaların nəzarətindən çıxarılması İTV-nin gələcək taleyi ilə bağlı bir sıra suallar ortaya çıxarıb.
GUNUNSESİ.İNFO-nun xəbərinə görə, AzTv sədri Arif Alışanovun nəzarətindən çıxarılan bu kanalda ciddi maliyyə pozuntuları aşkarlanıb.
İTV-nin adının çəkilməsini istəməyən rəsmilərindən birinin saytımıza sızdırdığı bilgiyə görə, kanalda mühüm post tutan Şahin İbrahimovun əməkdaşların adına yazılan qonararları mənimsəməsi ilə bağlı sensasion faktlar aşkarlanıb. Bəlli olub ki, bir neçə il davam edən bu prosesdə onlarla əməkdaşın adına uyazılan qonrarlar onların özünə çatmayıb və mənimsənilib.
Bundan başqa ən böyük cinayət isə İTV-yə məxsus Qubadakı “Ekran” istirahət mərkəzinin qanunsuz özəlləşdirilməsində baş verib. Belə ki, AzTV rəhbərliyi əməkdaşların istirahəti üçün nəzərdə tutulan bu mərkəzi özəlləşdirərək, biznes strukturuna çevirib.
Mənbəmizin bildirdiyinə görə, İTV-də baş direktor vəzifəsini icra edən Balakişi Qasımov hazırda həmin mərkəzin qaytarılması və mənimsənilən qonrararların ödənilməsi üçün çalışır. O, bunlar baş verməyəcəyi təqdirdə prosdə iştirak edən şəxslərin həbsi üçün Baş prokurorluğa müraciət ediləcəyini deyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?