Beyninə qan sızan Səbinənin atasının baş həkim olduğu xəstəxanadan qorxunc görüntülər - FOTOLAR
Bakının Babək prospektində yerləşən "Azərsutikinti Xəstəxana"sından yayılan görüntülər mübahisə doğurdu.
xalqxeber.az Faktor.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan fotolarda xəstəxananın acınacaqlı durumu göz önünə sərilib. Səhiyyənin bu dərəcədə inkişiaf etdiyi, tibbi texnologiyaların ölkəmizdə də irəli getdiyi bir zamanda bu vəziyyətdə olan xəstəxanaların passient qəbul etməsi nə dərəcədə doğrudur?
Baxımsızlıqdan bütünlüklə yararsız hala düşmüş xəstəxananın sonuncu dəfə nə zaman təmir olunduğu və yeni avadanlıqlarla təchiz edildiyi bəlli deyil. Bu cür xəstəxanaların fəaliyyəti istər çalışan həkimlər üçün, istərsə də orada müalicə alan xəstələr üçün təhlükəlidir.
Onu da qeyd edək ki, Elman Mirzəyevin baş həkimi olduğu tibb müəssisəsi ölkənin ən bərbad səhiyyə ocaqlarından olduğu iddiası ilə mətbuatda zaman-zaman yazılar dərc olunub.
Yayılan fotolarla bağlı xəstəxana ilə əlaqə yaratmağa çalışsaq da mümkün olmadı.
Xatırladaq ki, xəstəxananın baş həkimi Elman Mirzəyev ötən günlərə dünyasını dəyişən məşhur genekoloq Səbinə Mirzəyevanın atasıdır. 






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?