Jurnalist Əfqan Sadıqov azadlığa buraxıldı
Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov sərbəst buraxılıb.
O, mayın 22-də azadlığa çıxıb.
Xatırladaq ki, Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. Ə.Sadıqov icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham olunub, lakin o, ittihamı qəbul etmədiyini söyləyir.
2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Ə.Sadıqov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmənin qərarı ilə onun cəzası 1 azaldılıb.
2017-ci ilin dekabrında Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş, Yasamal Rayon İcra Hakimiyyətinin indiki başçısı Əziz Əzizov xüsusi ittiham ilə məhkəməyə müraciət edib. İcra başçısı jurnalisti ona qarşı böhtan yaymaqda günahlandırıb. Lakin Ə.Əzizov Cəlilavad Rayon Məhkəməsində xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini geri götürüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?