“Grand Hospital”da yeni direktorla həkimlər arasında qarşıdurma: Kütləvi qovulmalar (SİYAHI)
"Grand Hospital”da kütləvi ixtisar olub.
xalqxeber.az xəbər verir ki, bakupost-a daxil olan xəbərə görə, özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaçı olnan yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.
Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu "sürpriz” ciddi narazılığa səbəb olub.
Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub.
Belə ki, klinika rəhbərliyi bir neçə ay əvvəl əksər həkimlərə öz otaqlarını tam təmir etdirib, mebellərinə kimi yeniləməyə məcbur edib. Təmir işi və mebellərin alınması həkimlərin vəsaiti hesabına başa gəlib. Bu səbəbdən həkimlər iddia edir ki, "Grand Hospital”ın rəhbərliyi onları Türkiyədən gəlmiş mütəxəssislərlə əvəz etmək planını əvvəlcədən qurub və yeni doktorların şəraitini köhnələrin vəsaiti hesabına qurdurub.
Əməkdaşlar işdən çıxarılan həkimlərin bəzilərinin adlarını BakuPost-a təqdim edib:
Arzu Əyyubova
Rasim Məhərrəmov
Afaq Ələsgərova
Röyal Hacıməmmədov
Namiq İsmayılov
Seymur Mehtiyev
Sənan Aşirov
Toğrul ömərov
Hazırda klinikada gərgin vəziyyət hökm sürür. BakuPost-un əməkdaşı məsələ ilə bağlı "Grand Hospital”ın mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli ilə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəməyib.
Qeyd edək ki, sözügedən hospital bir müddət öncə xəstə ölümləri ilə gündəmə gəlmişdi. Daha sonra vergi yoxlamaları başlanılmış və işçilərin çoxunun əmək müqaviləsiz işlədilməsi ortaya çıxmışdı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?