Nazirlik havanı çirkləndirənləri cəzalandırdı
Neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı artıq ETSN tərəfindən qanunamüvafiq tədbirlər görülüb.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qəmbərov deyib.
O bildirib ki, zavod hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib:
“Zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün artıq onlara xəbərdarlıq edilib.
Bu işlər yerinə yetirilməzsə, yenidən zavoda qarşı qanunamüvafiq tədbirlər görüləcək. Mənbələrdən atılmalara nəzarət etmək məqsədilə elektron monitorinq sisteminin tətbiq olunması ilə bağlı zavod rəhbərliyinə tövsiyələr verilib”.
Xatırladaq ki, ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Bakıdakı kəskin qoxunun əsas səbəbi açıqlanmışdı.
Keçirilən tədbirdə qoxunun şəhərin müvafiq nöqtələrində dörd yerdə daha kəskin şəkildə yayıldığı deyilmişdi.
Həmin nöqtələrin bilavasitə Neft Emalı Zavodu və onun əhatə dairəsinə aid olan yerlər olduğu bildirilmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?