XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Rüşvət alan icra məmuru həbs edilib

Rüşvət alan icra məmuru həbs edilib

Rüşvət alan icra məmuru həbs edilib
17-05-2018, 11:26

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma maddəsi ilə təqsirləndirilən Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru işləmiş şəxsin məhkəməsi başlayır.
Nəbizadə Pərviz Əzizağa oğlunun məhkəmə prosesinin hazırlıq iclası may ayının 21-də hakim İradə Həsənzadənin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Nəbizadə Pərviz Əzizağa oğlu uzun illər icra məmuru kimi fəaliyyət göstərib və bu ilin əvvəllərində vəzifə səlahiyyətlərini yerinə yetirən zaman rüşvət aldığına görə ona qarşı cinayət məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə) maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Əgər icra məmurunun törətdiyi əməl məhkəmə zamanı sübut olunarsa, o zaman P.Nəbizadəni 4 ildən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.