TV və radiolara müddətsiz lizensiya verildi – Yeni qərar
““Mədəniyyət” telekanalı, Araz FM radiosu və yerdə qalan bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya) sənədləri müddətsiz hesab edilib”
Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
Onun sözlərinə görə, bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya) sənədləri “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən müddətsiz hesab edilib.
Qeyd edək ki, MTRŞ-nın 22 oktyabr 2010-cu il tarixli qərarı ilə “Mədəniyyət” telekanalına televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya), 18 yanvar 2011-ci il tarixli qərarı ilə “ARAZ” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...