Şəmkirdəki qalmaqallı direktor işdən çıxarıldı
Təhsil Nazirliyinin Şəmkir rayon Seyfəli kənd tam orta məktəində aparılan araşdırma başa çatıb.
Şəmkir rayon Təhsil Şöbəsindən verilən xəbərə görə, araşdırmanın nəticəsi olaraq Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə tutduğu vəzifədən azad edilib.
Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Xatırladaq ki, M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində əvvəllər laborant işləmiş Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında mediaya şikayət etmiş, bir slra ittihamlar səsləndirmişdi. O, direktoru pul tələb etməkdə, müəllimlərdən rüşvət yığmaqda ittiham etmişdi.
Direktor A.Namazov isə keçmiş laborant Xatirə Əliyevanı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və onun buna görə işdən çıxarıldığını deyib. Direktor mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib, onun kompüterindən "seks videoları" tapdığını iddia etmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...