SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanovda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Nərimanovda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Tarix:

24-02-2017, 13:42

/ 1 566 dəfə oxundu.
Nərimanovda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

24 fevral 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Əvvəlcə, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində “Odlar Yurdu” Universitetinin tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən “Sonuncu ölən ümidlər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin qatıldığı tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov Xocalı faciəsinin Azərbaycan və dünya tarixində ən qanlı hadisələrdən biri olduğunu, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd ediblər.
Xocalı kimi tarixi bir məkanın yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək meyitlərinin təhqir olunduğu, 1275 nəfərin girov götürüldüyü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığı, qətlə yetirilənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin ahıl və qoca olduğu, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyi xüsusilə diqqətə çatdırılıb.
Natiqlər, çıxışlarında Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edərək, bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının “Xocalı soyqırımı günü” elan edildiyini və Ulu Öndərin hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğuladığını tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Həmçinin bildirilib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Tədbirdə erməni vandallarının törətdiyi qətliam Xocalıdan olan şəhid ailələri tərəfindən tarixdə ən dəhşətli faciə kimi qiymətləndirilib. Eyni zamanda, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqları vurğulanaraq, ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri daha da artırdığı söylənilib.
Mərasimdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.
Sonra Xocalıdan olan məcburi köçkün, şəhid ailəsi Mehriban Əliyeva çıxış edərək Xocalıda erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirib, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd edib. O, eyni zamanda, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması

Nərimanovda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Nərimanovda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Nərimanovda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Şərhlər

XƏBƏR LENTİ