SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vəfat edən əsgərin atası şikayət edib

Vəfat edən əsgərin atası şikayət edib

Tarix:

24-02-2017, 13:24

/ 1 908 dəfə oxundu.
Vəfat edən əsgərin atası şikayət edib

2017-ci ilin yanvarın 14-də N saylı hərbi hissədə ürək tutmasından dünyasını dəyişən əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsindən xidmətə çağırılmış Məmmədov Famil Şamil oğlunun valideynləri şikayət ediblər.

Vəfat edən əsgərin atası Məmmədov Şamil Kamil oğlu açıqlamasında deyib ki, oğlu vəfat etdikdən sonra SHXÇDX-nın Balakən rayon şöbəsi əsgərin dəfni üçün nəzərdə tutulan 3000 (üç min) manat məbləğində maliyyə yardımı verməkdən imtina edib. Vəfat edən əsgərin yaxınları ailə vəziyyətlərinin acınacaqlı durumda olduğunu və yas mərasimi üçün xərclərin ödənilməsi üçün imkanlarının olmadığını deyirlər.

SHXÇDX-nın Balakən rayon şöbəsinin rəisi Fuad Cəniyev sayta açıqlamasında həlak olan əsgərin ailəsinə pulun onlar tərəfindən ödənilməyəcəyi cavabını verib: “Həmin əsgərin ailəsinə müxtəlif köməklər olub. Amma qeyd etdiyiniz 3000 manat pulu biz yox, Müdafiə Nazirliyi ödəməlidir.”

Saytın məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətinə verdiyi sorğuya isə fərqli cavab verilib və 3000 manat məbləğində maliyyə yardımının ailəyə ödəniləcəyi qeyd olunub. “Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli 374 nömrəli qərarına əsasən Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməsi barədə qərar qəbul edilmişdir.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, maliyyə yardımının qeyd olunan kateqoriyalardan olan şəxslərə ödənilməsi məqsədi ilə Maliyyə Nazirliyi tərəfindən vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Maliyyə vəsaiti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hesabına köçürüldükdən sonra maliyyə yardımının ödənilməsi tərəfimizdən təmin olunacaqdır.”

Femida.az

Şərhlər

XƏBƏR LENTİ