SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mənzillərin əlilərə verilməməsinin səbəbkarı kimlərdir?

Mənzillərin əlilərə verilməməsinin səbəbkarı kimlərdir?

Tarix:

15-05-2018, 10:59

/ 1 699 dəfə oxundu.
Mənzillərin əlilərə verilməməsinin səbəbkarı kimlərdir?

2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunan və düz 14 il bu nazirliyə rəhbərlik edən Səlim Müslümov erası bitsə də, etdiyi saxtakarlıqlar,mənimsədiyi pullar, aztəminatlı insanların, əlillərin başına açdığı oyunlar hələ uzun müddət müzakirə olunacaq. Onun etdiyi Saxtakarlıqlarla bağlı məlumatlar ard-arda daxil olmaqdadır.

Mənzillərin əlilərə verilməməsinin səbəbkarı kimlərdir...

Bir neçə gün əvvəl dövlət hesabına əlillər üçün tikilən evlərin Səlim Müslümov tərəfindən necə mənimsənilməsi ilə bağlı saytımıza daxil olan ilginc məlumatı dərc etmişdik. Məlumatda 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) ünvanda 1.7 ha sahədə əlillər üçün 2 ədəd 1 girişli 15 mərtəbəli yaşayış binasının tikildiyini, tikintini tenderdə formal olaraq keçmiş nazirin örtaqlığı olan “Amal 2015”MMC-nin uduğunu, həmin şirkəti keçmiş nazirin yaxın qohumlarının və dostlarının yönəltiyi, əslində isə şirkətin qeyri-rəsmi sahibinin də elə Səlim Müslümov olduğu bildirilirdi.
Yaxın vaxtlarda onun saxtakarlıqlarını həyata keçirən qohumlarının adını açıqlayacağımızı vurğulamışdıq. Bu gün redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatda bildirilir ki,əlillər üçün binanı tikən “Amal 2015”MMC-ni yönəldən keçmiş nazirin yaxın dostu Kamal Quliyev və qaynı Xasayev Ağaxan Nüsrət oğludur.Əlillərə tikilən evlərin satışı da bu şəxslər vasitəsi ilə həyata keçirilir.Qeyd olunur ki, bu şəxslər əlillər üçün tikilən evləri əsasən “Həzi Aslanov” metrosunun yaxınlığında yaşayan Azər adlı şəxsin əli ilə satıblar. Azər Səlim Müslümovun qara kassası olub. Kamal Quliyev də elə Azərin vastəsi iə keçmiş nazirlə tanış olub. Sonradan bu tanışlıq dostluğa və ortaqlığa çevirilib. Azər həm də bu günə qədər Səlim Müslümova müxtəlif vaxtlarda şəhərin müxtəlif yerlərində bahalı mülklərin, villaların alınmasında və onun yaxınlarının adına sənədləşdirilməsində də əsas vasitə olub.Əlillər üçün tikilən və Səlim Müslümovun yaxınları tərəfindən rüşvət müqabilində başqalarına və saxta əlillərə satılan evlərdən gələn gəlir isə keçmiş nazirin yaxınlarının adına alınmış tərpənməz əmlaka sərf olunub. Bu tərpənməz əmlakların isə dəyərinin 10 milyonlarla ölçüldüyü bildirilir.

Yaxın günlərdə ev növbəsində olan və haqqı tapdalanan əlillərin videomüsahibəsini və “Amal 2015”MMC nin törətdiyi başqa neqativ əməllərlə bağlı oxucuları məlumatlandıracağıq.
Araşdırmamız davam edir.

Bizi izləyin!

mənbə: cianews.info

Şərhlər

XƏBƏR LENTİ