Ölkəyə gətirilən “Xiaomi” telefonları “Azərpoçt”da oğurlanır - İDDİA
Onlayn şirkətlər vasitəsilə məhsul sifariş verən müştərilər müəmmalı vəziyyətlə qarşılaşıb.
Minval.info xəbər verir ki, sifariş edilən “Xiaomi” mobil telefonlarının onlara çatmadığı bildirilir. İddiaya görə, əsasən, “Not 5” markalı telfonlar müştərilərin gözünü yolda qoyur. Onların bəziləri buna görə “Azərpoçt” ASC-yə qarşı ciddi ittiham irəli sürüb. Belə ki, əksər vətəndaşların iddiasına görə, telefonların qurumda çalışanlar tərəfindən oğurlanıb.
Məlumat qapalı “Xiaomi Azərbaycan” qurupunda yayılıb və bu halın artıq bir neçə nəfərin başına gəldiyi qeyd olunub.
Hətta Ağasəf Məmmədli adlı istifadəçi deyir ki, “Azərpoçt” şöbələrindən birinə müraciət edən qohumuna qurumun işçiləri tərəfindən telefonların oğurlandığı bildirilib.
Deyilənlərlə bağlı minval.info qurumla əlaqə saxlayıb.
Adını açıqlamayan “Azərpoçt” əməkdaşı bunun çox ciddi məsələ olduğu bildirilib: “Əgər belə hal baş versəydi, ən azından bir nəfər bizə şikayət müraciəti ünvanlayardı. Biz açıq qurumuq, çox asanlıqla bunu edə bilərlər. Dəfələrlə olub ki, vətəndaş göndərilən bağlamanın ona çatmadığından şikayət edib. Sonradan məlum olub ki, bağlamanın üzərində ünvan doğru qeyd olunmayıb. Həmin adam bundan sonra yazdığı statusa görə bizdən üzr istəyib”.
Qurum əməkdaşı həmçinin qeyd edib ki, məsələ “Azərpoçt” ASC tərəfindən araşdırılacaq.
Minval.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?