“Nar” ilə “WhatsApp” artıq pulsuzdur - Diqqət!
4 may 2018-ci il tarixindən etibarən, artıq “Nar”-ın bütün yeni aktivləşmiş “Turbo” internet paketlərində “WhatsApp” pulsuzdur. Bununla da, “Turbo” istifadəçiləri paketin istifadə müddəti bitənədək “WhatsApp” vasitəsilə yazılı mesajlar göndərə biləcəklər.
Xatırladaq ki, müxtəlif həcmli “Turbo” paketləri istər mobil telefonda, istərsə də kompüterdə 225 Mb/s-dək sürətdən zövq almaq imkanı verir. Paket bitdikdə isə "ədalətli istifadə" siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən və “WhatsApp” vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar. Üstəlik, irihəcmli “Turbo XL”, “Turbo 2XL” və “Turbo 3XL” paketlərində gecələr internet yüksək sürətlə pulsuz və limitsizdir.
xalqxeber.az-ın məlumatına görə, “Nar”-ın “Turbo” internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?