SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Generaldan tələb etdiyi pulu nazirlik ödəyəcək - “MTN işi” üzrə daha bir QƏRAR

Generaldan tələb etdiyi pulu nazirlik ödəyəcək - “MTN işi” üzrə daha bir QƏRAR

Tarix:

10-05-2018, 12:24

/ 1 356 dəfə oxundu.
Generaldan tələb etdiyi pulu nazirlik ödəyəcək - “MTN işi” üzrə daha bir QƏRAR

Ləğv edilmiş MTN-in istintaq idarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevə qarşı iddia üzrə məhkəmə yekunlaşıb.

“MTN işi” üzrə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev general M.Şıxəliyevə qarşı iddiasına Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılır. Onunla bağlı cinayət işinin istintaqının generalın rəhbərlik etdiyi idarənin apardığını əsas gətirərək M.Şıxəliyevdən təzminat kimi 83 min manat tələb edib. M.Şıxəliyev yüksək dövlət postu tutduğu üçün Maliyyə Nazirliyi də prosesə cavabdeh şəxs kimi cəlb edilib.

Bugünkü iclasda M.Mustafayev iddia ərizəsinə dəqiqləşdirmə verərək pulun Maliyyə Nazirliyindən tutulmasını istəyib. Bildirib ki, nazirlik də həmin pulu M.Şıxəliyevdən tələb etsin.

M.Şıxəliyevin vəkili isə çıxışında M.Mustafayevin iddiasını əsassız hesab edərək təmin edilməməsini istəyib.

Məhkəmənin qərarı ilə M.Mustafayevin iddiası qismən təmin olunub. Qərara görə, Maliyyə Nazirliyindən 5 min manat tutularaq iddiaçı M.Mustafayevə veriləcək.

Qeyd edək ki, Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyib. MTN-in keçirdiyi əməliyat nəticəsində qanunsuz olaraq silah saxlamaqda ittiham edilərək 2 il müddətinə azadlıqdna məhrum edilib. Onun qardaşı polkovnik Malik Mustafayev MTN-də yüksək vəzifə tutub. Mətləb Mustafayevin həbsindən 2 gün sonra Malik Mustafayev özünü asaraq intihar edib. E.Mahmudov vəzifədən çıxarılandan və MTN generalları həbs ediləndən sonra Mətləb Mustafayev bəraət alaraq azadlığa çıxıb.

Şərhlər

XƏBƏR LENTİ